28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”də çilili hücumçu

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib. 29 yaşlı cənubi amerikalı ilə 1,5 illik müqavilə imzalanıb.

“Union Espanyola” klubunun yetirməsi olan forvard peşəkar karyerasına da bu komandada başlayıb. 2009-2013-cü illərdə adıçəkilən klubun üzvü olan Rodriqo sonradan vətənində “Union La Kalera” (2013-2014), “Kobreloa” (2014-2015), “Kobresal” (2015), “Santyaqo Morninq” (2016), “Reyncers” (2018) və “Santa Kruz”da (2019) çıxış edib. Legioner həyatında Fələstinin “Hilal Əl-Qüds” (2016-2017), Uruqvayın “Serro” (2017) klublarında oynamış Qattasın son komandası ötən il şərəfini qoruduğu Kanada təmsilçisi “York9” olub. Rodriqo Çili yığmasının da formasını geyinib. O, 2009-cu ildə ölkəsinin U-20 milli komandasında bir matça çıxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31