Ölkə futbolu
"İnter"in yeni transferi: "Kimin qol vurması ikinci dərəcəli məsələdir"
"İnter"in yeni transferi İlço Naumoski klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Futbol karyeranız barədə məlumat verməyinizi istərdik. Məlumdur ki, siz uzun müddət Avstriyada çıxış etmisiniz.
- Bəli, futbol karyerama məhz Avstriyada başlamışam. 11 yaşımda Vyananın “Rapid” klubunda futbolla məşğul olmuşam. Peşəkar karyeram 16 yaşımda Avstriyanın 3-cü divizionunda çıxış etdiyim zaman başlamışdı. Bu klubda bir mövsüm keçirdim və turnirin ən yaxşı bombardiri oldum. 18 yaşımda Qrats şəhərində yerləşən QAK komandasına keçdim. Bu komandanın heyətində Avstiya çempionatının qalibi oldum. Həmin mövsüm biz həm də kuboku qazandıq, beləliklə də “qızıl dubl” etdik. QAK-ın heyətində iki mövsüm keçirdikdən sonra Türkiyənin “Malatyaspor” klubunda çıxış etməyə başladım. Qeyd edim ki, bu komandaya tanınmış mütəxəssis Aykut Qocaman rəhbərlik edirdi. Etiraf edim ki, Malatyada yaşamaq mənim üçün çətin idi. Bəli, Türkiyə çempionatı yaxşı səviyyəsilə seçilirdi, amma mən tezliklə bu ölkəni tərk etdim. Türkiyədə təqribən yarımil keçirdim. Sonra İtaliyaya yollandım. Amma orada da gözlənilməz problemlərlə qarşılaşdım. Belə ki, mənim yeni klubum “Katanya” vaxtında transfer vərəqəmi almadı və bu isə o demək idi ki, mən rəsmi oyunlarda meydana çıxa bilməyəcəyəm. Buna görə də, məqş etmək və yoldaşlıq oyunlarında iştirak etməklə kifayətlənmək məcburiyyətində qaldım. Bundan sonra Avstriyaya qayıtmağa qərar verdim və növbəti səkkiz mövsüm “Mattersburq” klubunda çıxış etdim.
- Bəs “İnter”ə keçidiniz necə baş verdi?
- “İnter” tərəfindən mənə təklif göndərildi və təklifə razılıqla cavab verdim. Azərbaycana da belə gəldim. Etiraf edim ki, məhz bu komandaya qoşulmağıma şadam.
- Buraya təşrif buyurmamışdan öncə klubumuz və ölkəmiz haqqında nə bilirdiniz?
- Səmimi deyirəm ki, “İnter” haqqında məlumatım vardı. Makedoniya millisində birlikdə çıxış etdiyimiz Slavço Georgiyevski klub barədə məlumatları mənimlə paylaşdı. O mənə dedi ki, “İnter” Azərbaycanın ən ambisiyalı komandalarından biridir. Ölkəniz haqqındasa onu bilirdim ki, Azərbaycan əvvəllər SSRİ-nin tərkibində olub. Bilirdim ki, 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində “Avrovizion” musiqi yarışması keçirilib. Bundan başqa, mənə məlumdur ki, yerli komandaya alman mütəxəssisi Berti Foqts rəhbərlik edir. “Neftçi” və “Qarabağ” kimi Azərbaycanın digər klubları haqqında da eşitmişdim.
- 2011-ci ildə Makedoniya milli komandası yoldaşlıq matçı keçirmək məqsədilə Azərbaycana gəlmişdi. Həmin oyunu xatırlayırsınız?
- Bəli, xatırlayıram. Lakin həmin oyunda iştirak edə bilmədim. Xatırlayıram ki, bu oyunda iştirak etmək üçün mənə dəvət gəlmişdi, amma mən “Mattersburq”da keçirdiyim ağır mövsümdən sonra yorulmuşdum və istirahət üçün məşqçidən icazə almışdım.
- Artıq bir həftədən çoxdur komandayla birlikdə məşq edirsiniz. Klub sizə necə təsir bağışladı?
- Slavço Georgiyevskilə yaxşı tanış olduğumu bir az əvvəl qeyd etdim. Bundan başqa, Almaniyanın Bundesliqasında çıxış edən Aleksandr İaşvili ilə də mənə tanış idi. Bilirsiniz, Almaniya çempionatı Avstriyada çox populyardır. Digər uşaqlarlasa burada tanış oldum. Baş məşqçimiz Kaxaber Tsxadadze haqqında da çox eşitmişdim. O, yaxşı futbolçu idi və güclü klublarda çıxış etmişdi, hazırda o, məşqçilik fəaliyyətilə məşğuldur. Əminliklə deyə bilərəm ki, bizim yaxşı komandamız var. Düşünürəm ki, növbəti matçlarda biz lazımi nəticələri əldə edə biləcəyik.
- Şəxsən siz bu mövsüm öz oyununuzdan nə gözləyirsiniz?
- Öncədən nəsə demək istəməzdim, ancaq ümid edirəm ki, komandaya fayda vermək mənə müəssər olacaq. İstərdim ki, “İnter” mövsümü mükafatla başa vursun. Kimin qol vurmasısa ikinci dərəcəli məsələdir. Futbol komanda oyunudur, buna görə də hamımız birlikdə uğur qazanmağa can atmalıyıq.
- “İnter”in azarkeşlərinə nə qədər qol vuracağınıza vəd verə bilərsiniz?
- Bu, yenə də komanda oyunundan asılıdır. Hücumçu heç nədən qol yarada bilməz. Əgər komanda yaxşı oynayacaqsa, o zaman hücumçulara da asan olacaq, nəticədə daha çox qol vuracaqlar. “Mattersburq”da keçirdiyim səkkiz mövsüm ərzində mən altı dəfə çempionatın yekunlarına əsasən turnirin simvolik yığma komandasına düşmüşəm və Azərbaycan çempionatında da belə uğurla çıxış etməyimi istərdim.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq