19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Elxan Məmmədov: “Onun seçilməsi bizim üçün önəmlidir"

AFFA-nın icraçı vitse-prezidenti seçilən Elxan Məmmədovun əvvəlki postu - baş katib vəzifəsini də icra edəcək.

Futbolxeber.az saytının məlumatına görə, AFFA İcraiyyə Komitəsinin iclasından sonar brifinq keçirən E.Məmmədov deyib: “Baş katib postu yenə mənə həvalə olunub. Çünki oxşar səlahiyyətlərdir. Bu işi davam etdirməyə hazıram”.

Elxan Məmmədov AFFA-dakı islahatların nədən qaynaqlanması ilə bağlı sualı belə cavablandırıb: “Artıq iki deyil, dörd vitse-prezident var. Əvvəlki iki vitse-prezident AFFA-da oturmurdu. Lakin icraçı vitse-prezidentin də, yeni seçilən vitse-prezidentin də artıq daimi iş yeri olacaq. Bizdə əvvəldən vitse-prezident sayı çox olmalı idi. Əvvəlki illərdə olan vitse-prezidentlər bizimlə işlərimizdə əməkdaşlıq edirdi, ancaq AFFA-da olmurdular. Bir müddət əvvəl UEFA-da sədr oldum. İcraçı vitse-prezident olaraq, artıq UEFA-da da daha geniş imkanlarımız olacaq”.

Elxan Məmmədov İcraiyyə Komitəsinin yeganə qadın üzvü - Könül Mehtiyevanın seçilməsinə də münasibət bildirib: “İcraiyyə Komitəsinin üzvləri artıq öz sahələri üzrə məsuliyyət daşıyacaqlar. Könül xanımın seçilməsi də bizim üçün önəmlidir. O, bizim UEFA-dakı nümayəndəmizdir. Çox gənc yaşdan bizimlə çalışır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30