14 Yanvar 2026, Çərşənbə
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı
"Zirə" qələbəni əldən verdi
"Sumqayıt" serblərə məğlub oldu

Ölkə futbolu

FİFA rəsmisi: “Bakıya hər səfərimdə AFFA-nın daha da inkişaf etdiyinə şahid oluram”

“AFFA-nın Konfransına dəvət alıb, burada iştirak etmək mənim üçün çox xoşdur. Mən Azərbaycana son 10 ildə dəfələrlə səfər etmişəm. Hər dəfə xoş münasibət görmüşəm ki, bu da Azərbaycan futbol ailəsinə məxsus bir keyfiyyətdir. FİFA prezidenti Canni İnfantino ən xoş arzularını sizə göndərir. Konfransa fəaliyətində uğrular arzulayır”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın Konfransında çıxışı zamanı FİFA rəsmisi Emily Shaw deyib.

Ali futbol qurumunun funksioneri ölkəmizə hər səfəri zamanı AFFA-nın işini təkmilləşdirdiyini vurğulayıb: “FİFA ilə yanaşı, assosiasiyalarda da müəyyən dəyişikliklər edilir. Futbolu təkmilləşdirməyə çalışırıq. FİFA layihələrin həyata keçirilməsində fəal iştirak etdiyi üçün AFFA-ya minnətdarıq. Hər səfərimdə AFFA-nın daha da inkişaf etdiyinə şahid oluram. 2008-ci ildə Azərbaycanda qadın futbolu yox idi. Yadımadır, Elxan Məmmədov qeyd etmişdi ki, biz sıfırdan yox, mənfi 1-dən başlayırıq. Bu gün artıq Azərbaycanda qadın futbolu inkişaf edir. Bu AFFA-nın dəyişikliklərə, çətinliklərə, çağırışlara reaksiyasına bir nümunədir”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31