Ölkə futbolu
Füzuli Məmmədov? Bacarmalıdı!
Premyer Liqa klublarımızın təxminən 15 günlük Antalya macərası başa çatdı. Artıq bu həftə sonu kimin qış fasiləsindən necə yararlandığına canlı şahidlik edəcəyik. Düzdür, fasilədən sonra hansısa komandanın ilk tura 100 faiz hazır olduğunu iddia etmək düzgün olmazdı. Amma hər halda artıq fevralın ilk 2 günündə müəyyən təsəvvürlər formalaşacaq.
Əsas diqqətlər “Neftçi”yə yönələcək. Ona görə yox ki, “ağ-qaralar” ölkə futbolunun flaqmanıdı, yaxud bu gün “Qarabağ”a çempionluq yolunda maneə törədə biləcək yeganə rəqibdir (Hazırda “Neftçi”dən cəmi 2 xal geri qalan “Keşlə”ni kiçiltmək fikrindən uzağam. Amma reallıq budur ki, hər nə qədər mübariz kollektiv formalaşdırsa da, Tərlan Əhmədovun komandası üçün bu gün bürünc medal da uğur sayılacaq). Əsas məsələ odur ki, “Neftçi” artıq yoluna Roberto Bordinsiz davam edir. Qış fasiləsində baş məşqçi vəzifəsində italiyalı mütəxəssisi köməkçisi Füzuli Məmmədov əvəzlədi. Gənc məşqçinin təyinatı heç də birmənalı qarşılanmadı. Hətta bunu “Neftçi” rəhbərliyinin cari mövsümdən əlini üzməsi kimi dəyərləndirənlər də oldu. Hər kəsin fikrinə hörmətlə yanaşsam da, qətiyyən bu deyilənlərlə razı deyiləm.
Əksinə, “Neftçi” rəhbərliyinin düzgün addım atıb. Birincisi, ona görə ki, Füzuli Məmmədov bunadək də “ağ-qaralar”ın məşqçilər korpusunda yer alırdı və koamandanı kənardan gələ biləcək istənilən məşqçidən daha yaxşı tanıyır, kimin qabında nə olduğunu bilir.
İkincisi, Füzuli Məmmədov gəncdir, özünü göstərmək üçün alışıb yanır. Xatırlayıram, bir neçə ilə əvvəl Füzuli Məmmədov “İnter”in (o zaman komanda hələ “Keşlə” adlandırılmırdı) əvəzedicilərini çalışdırdığı vaxt hansısa oyunlarını izləmişdim. 90 dəqiqə boyunca yerində dayan bilməyən Məmmədov sanki özü də meydanda mübarizə aparırdı. Futbolçu kimi döyüşkən, meydanın hər qarışı uğrunda mübarizə aparan Məmmədov indi məşqçi kimi eyni uğurları qazanmaq arzusundadır.
Düzdür, buna qədər əsas komandada baş məşqçi kimi çalışmaması onun əleyhinə ola bilər. Amma Məmmədov karyerası ərzində bir çox təcrübəli məşqçi ilə çalışıb və şübhəsiz, hər birindən nəsə götürüb.
Digər tərəfdən də ortada Füzuli Məmmədovla eyni nəsildən olan Elmar Baxşıyev nümunəsi var. Sənan Qurbanovun istefasından sonra “Qəbələ” rəhbərliyinin müvəqqəti olaraq komandanı tapşırdığı Baxşıyev geridə qalan müddətdə işinin öhdəsindən lazımınca gəldi. Niyə də eyni uğuru Füzuli Məmmədov təkrarlamasın?
Və nəhayət, bu gün ölkənin bir nömrəli yerli məşqçisi hesab olunan Qurban Qurbanov “Neftçi”yə baş məşqçi təyin olunanda çoxmu təcrübəliydi? Lakin rəhbərlik ona güvəndi və bu gün “Qarabağ”a uğurlar qazandıran Qurbanov beləcə məşqçi karyerasında ilk addımları atdı...
Odur ki, Füzuli Məmmədova da dəstək olmaq lazımdı. Gerisi artıq onun öhdəsinə düşür. Verilən şansdan yararlanıb-yararlanmaması Məmmədovun özündən asılıdır.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
-
16:12
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
15:59
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
15:43
Gimnastlarımız IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
15:27
"Naxçıvan"da yeni müqavilə
-
15:08
Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
14:55
Həsənovun “unutduğu” epizod VİDEO
-
14:34
Varkonyi: “Qarabağ”a gəlmək böyük dəyişiklik idi”
-
14:16
"Kəpəz"in legionerinə millidən dəvət
-
14:00
Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub
-
13:41
“Qarabağ”ın oyununun biletləri satışda
-
13:29
Millimiz yenə Moldovaya uduzdu
-
13:12
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşdi
-
12:53
Təsdiqləndi: Elçin Məsiyev “Turan-Tovuz”un qapısına penaltini səhv verib VİDEO
-
12:37
Rodriges milli ilə vidalaşdı
-
12:08
“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb
-
11:45
"Neftçi" Qəbələ səfərinə hazırlaşır FOTOLENT
-
11:26
"Lans" baş məşqçisi ilə yolları ayırdı
-
10:54
Ronaldonun komandası darmadağın oldu VİDEO
17.09.2026
16.09.2026
























