Ölkə futbolu
Ayxan Abbasov: “Nizam-intizam sarıdan problem yaşamadıq”
Türkiyədə təlim-məşq toplanışını başa vuran “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “Sumqayıt” FK-nın təlim-məşq toplanışını ümumi olaraq necə dəyərləndirərdiniz?
- Yanvarın 3-dən etibarən Sumqayıtda mövsümün ikinci yarısı üçün hazırlıqlara start verdik. Məşqlərimiz yüksək tempdə getsə də, yükləmələri pillə-pillə artırmaqla ümumi plan üzrə çalışdıq. Ayın 12-də hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollandıq. Antalyada olduğumuz müddətdə futbolçularımı istəkli görmək məni çox sevindirdi. Ümumən, nizam-intizam sarıdan problem yaşamadıq. Keçirdiyimiz bütün yoxlama oyunlarına ciddi şəkildə yanaşdıq və hər oyuna ayrıca hazırlaşdıq. Antalyada olduğumuz müddətdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışdıq. Toplanışda yeganə üzücü məqam yarımmüdafiəçimiz Vüqar Mustafayevin zədələnməsi oldu. Ümid edirəm ki, tez bir zamanda zədəsini sağaldıb, komandaya qoşular.
- Toplanışın ikinci mərhələsində 4 yoxlama oyunu keçirdiniz ki, bu qarşılaşmalarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alındı...
- İlk iki qarşılaşmada hər hissəyə fərqli heyətlə başladıq. Hər kəsə eyni bərabərlikdə şans verməyə çalışdıq. Çünki buna ehtiyacımız var idi. Bütün mövqelərdə futbolçularımız arasında yaxşı mənada rəqabət yaratmaq istəyirdik. Bu, əsasən də, gənc futbolçulara görə hesablanmış addım idi ki, onlar hər zaman “döyüşə” hazır olsunlar. Bilirsiniz ki, çempionat boyu gənclərə çox üstünlük vermişik. “Kaposvar”la baş tutan ilk matçda məğlub olsaq da, futbolçulardan razı qaldım. Çünki onlarda istədiyim hərəkətliliyi və verilən tapşırıqları səhvsiz yerinə yetirmə istəyini gördüm. Rumıniya təmsilçisi “Poltexnika İaşi” ilə oyunda isə bərabərlik qeydə alınmağına baxmayaraq, görüş qarşılıqlı mübarizə şəraitində keçdi. Hətta deyərdim ki, keçirdiyimiz oyunlar arasında mübarizə baxımından ən bəyəndiyim matç məhz Rumıniya təmsilçisinə qarşı oldu. Son iki oyunda isə qələbə qazandıq. Polşa “Arka”sını 1:0 yendiksə, bu gün “Şaxtyor”la oyun daha məhsuldar alındı. Çempionat öncəsi ardıcıl qələbə qazanmağımıza sevindik. Çünki komandanı qalib ruhda çempionata hazırlamaq istəyirik. Ümumilikdə keçirdiyimiz oyunlardan razı qaldım. Amma bununla belə hələ də səhvlərimiz var ki, bu da qaçınılmaz haldır. Sumqayıta qayıtdıqdan sonra da səhvlərimizin üzərində çalışacağıq ki, çempionatda da tam gücümüzü ortaya qoyaq.
- Antalya toplanışına gələn gənc futbolçuların çıxışını ümumi olaraq necə dəyərləndirərdiniz?
- Bilirsiniz ki, çempionatın ilk yarısında 5 limit futbolçu ilə oynamışıq. Türkiyə toplanışına əvəzedici komandamızda daim forma şansı qazanan futbolçulardan 3 nəfəri - qapıçı Ələkbər Ağayevi və meydan oyunçuları Cavid Quliyev və Nəbi Məmmədovu da özümüzlə gətirmişdik. Onu da bildirim ki, Ələkbər və Cavid öz akademiyamızın yetirmələridir. Bu gün gənclərin inkişafı üçün müəyyən zaman lazımdır. Gənclər də həmişə öz üzərlərində işləməlidirlər. İnanıram ki, akademiyamızın yetirmələri olan hazırda bizimlə birlikdə bu kollektivdə olan gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər.
- Artıq Antalya toplanışı başa çatdı. Bugünkü vəziyyətdə komanda çempionata sizcə neçə faiz hazırdır?
- Toplanışdan sonra ilk turlar həmişə istər-istəməz çox çətin keçir. Çünki Premyer Liqada yer alan bütün komandalar təlim-məşq toplanışında olurlar. Düşünürəm ki, ilk 3 tur bizim üçün çox ağır olacaq. Amma bu görüşlərdə ümumi mübarizəyə gücümüzün çatacağını düşünürəm.
- “Şaxtyor”la son yoxlama oyunu keçirən “Sumqayıt” FK sabah vətənə dönəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz...
- Dediyiniz kimi, bu gün artıq komandamız Antalya toplanışını başa vurdu. Səhər saatlarında inşallah Vətənimizə yola düşəcəyik. İki günlük istirahətin ardından “Kapital Bank Arena”da “Neftçi” ilə oyunun hazırlıqlarına start verəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- Futbolumuzun fərsiz övladı
- Valeh Seyidov yubileyini qolla qeyd etdi
- Kurban Berdıyevdən qələbə şərhi
- “Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
- Bu dəfə minimal məğlubiyyət
- "Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
- Cenk Sümer: “Dünyanın heç bir yerində bu epizodu kobudluq olaraq qiymətləndirməzlər”
- Şirəliyev Azərbaycan çempionatındakı mübahisəli epizodlara aydınlıq gətirdi
-
19:25
Millimiz Bolqarıstanla heç-heçə etdi
-
17:17
“Sportinq”in üzvü: “Ən vacib oyun Azərbaycana qarşı olandır”
-
16:00
Cüdoçularımız Bad-Blankenburqda beynəlxalq düşərgəyə qatılıblar
-
14:32
Muslera yenidən millidə
-
13:58
Pedro Mateuş: “Milliyə yenidən dəvət almağımda Füzuli Məmmədovun böyük rolu var”
-
12:43
“Qarabağ”a qarşı namərdlik
-
11:21
Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar
-
10:54
Yevgeni Kukseviç: “Onları yoxlamaq istəyirik”
-
10:36
Roderik Miller: “Avrokuboklara çox yaxınıq”
-
10:15
Millimiz apreldə daha iki oyun keçirəcək
-
10:00
Qrizman ABŞ-də nə qədər qazanacaq?
-
09:49
İtaliyalı müdafiəçisi “Barselona”nın hədəfində
-
09:27
Deşamın xələfi Zidan olacaq
-
23:52
Cavadovdan “Dinamo”ya dəstək
-
18:41
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
-
17:00
II Liqada 19-cu tura start verildi
-
14:15
AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
-
13:37
Orxan Məmmədov: “Sahibkarların minifutbola marağı artıb"
-
12:56
Güləş yığmalarımız mühüm yarışlara hazırlaşır
-
11:28
Boksçularımız Debretsendə 4 medal qazanıblar
-
11:02
"Roma" 3 xalı tək qolla qazandı VİDEO
-
10:49
Breno Almeyda: “Neftçi” olaraq yalnız avrokuboklara fokuslanmışıq”
-
10:13
"İnter" səfərdə xal itirdi VİDEO
-
09:54
Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu
-
09:31
Madrid derbisini "Real" qazandı VİDEO
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
24.03.2026
23.03.2026
22.03.2026
21.03.2026
20.03.2026























