2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Ölkə futbolu

“Qəbələ”dən məhsuldar heç-heçə

2019-2020-ci illər mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Antalyadakı hazırlıqları Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşma ilə yekunlaşdırıb.

Görüş “Arkadia” meydançalarında baş tutub. “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev bu qarşılaşmada aşağıdakı start “11-liy”inə şans verib: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 4. Sadiq Quliyev, 5. Murad Musayev, 8. Qismət Alıyev,  9. Ehtiram Şahverdiyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev.

Qarşılıqlı hücumlarla keçən oyunda hesabı “Qəbələ” açıb. 21-ci dəqiqədə Asif Məmmədov fərqlənib. Rumıniya təmsilçisi 7 dəqiqə sonra bərabərlik qoluna imza atıb. Komandalar fasilədə və matçın gedişində oyunçu dəyişiklikləri ediblər. “Qırmızı-qaralar”ın heyətində Qismət Alıyev, Kristian Kouakou, Anar Nəzirov, Yaovi Akakpo, İdris İnqilablı meydana daxil olub. Fasilədən az sonra Amin Seydiyev “Qəbələ”ni hesabda önə çıxarıb. Matçın sonuna 9 dəqiqə qalmış “Konkordiya” fərqlənib. Beləliklə, məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.

Xatırladaq ki, bunadək Antalyada üç yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə görüşüb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31