26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Volkovdan ilk, “Zirə”dən 40-cı qol

“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının son oyununda Serbiya təmsilçisi “Napredak”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, qarşılaşmada hesabı açan Riçard Qadze komandanın beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridir.

“Napredak”la görüşdə 2-ci qola imza atan Davit Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcüstanlı “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudur. Daha bir dəfə rəqib avtoqolu qeydə alınıb.

Volkovun qolu həm də komandanın beynəlxalq yoxlama oyunlarındakı yubiley - 40-cı qoludur. 29 matçda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdir.

           

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30