22 Oktyabr 2026, Cümə axşamı
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

Hakimlərdən laktat testi götürülüb

Yanvarın 17-dən 19-dək I divizion, 19-dan 21-dək isə Premyer Liqa hakimlərinin iştirakı ilə təlim-məşq toplanışı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçirilən toplanışın əsas hissəsi nəzəri biliklərə həsr olub. Toplanışa rəhbərlik edən Kiros Vassaras hər iki qrup üçün məşqlər keçib. Məşqlər müxtəlif mövqelərdən quraşdırılımış videokameralar vasitəsilə qeydə alınıb. Daha sonra hakimlərin müsbət və mənfi tərəfləri qeydə alınmış videogörüntülər vasitəsi ilə onlara izah olunub.

Toplanış çərçivəsində hakimlər yenidən laktat testi veriblər. Onların sürət və güc dözümlülüyü, bədən quruluşları və əzələ testləri yoxlanılıb. Koordinasiya və stabilizasiya testlərinin ardından hər bir hakimə verilmiş fərdi məşq planının hansı səviyyədə yerinə yetirildiyi, əvvəlki testlə müqayisədə inkişafın olub-olmaması müəyyənləşdirilib.

Qeyd edək ki, laktat testi Taro Netzer və Fritz Stuchlik tərəfindən həyata keçirilib (affa.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31