19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Füzuli Məmmədov: “Futbolçular xarakter göstərdilər”

“Neftçi" Antalya toplanışında ikinci yoxlama matçını bu gün Kiyev "Dinamo"suyla keçirərək 1:2 hesablı məğlubiyyət alıb. Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmadan sonra komandanı bu görüşə çıxaran müvəqqəti baş məşqçi Füzuli Məmmədov sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Çətin rəqiblə matç necə alındı? Komandanı qısa müddətdə necə hazırlaya bildiniz?

- İlk oyunum idi və bilirdik ki, çətin olacaq. Çünki güclü komandayla görüşürdük. Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Ümumən matçdan razıyam. Əlbəttə, irəlidə məşqlərimiz var, təlim-məşq toplanışımız davam edir, durmadan çalışacağıq. Təbii ki, səhvlərimiz var və bunun üzərində çalışacağıq. Səhvləri aradan qaldırmaq yönündə maksimum səy göstərəcəyik.

- Emin Mahmudovla Namiq Ələsgərov oyunun sonunda yorğun görünürdülər. Ancaq onları meydanda saxlamağınız həmin epizodlara fərqli yanaşmağınıza görə idi, yoxsa əvəzetmə yox idi?

- Belə deməzdim. Düşünmürəm ki, yorğun, ağır görünürdülər. Sadəcə, bilirsiniz, Emin meydanda kimdi, vəzifəsi nədi. Eyni şey də Namiqə aiddi. Deyərdim ki, ən yaxşı oyunlarından birini göstərdilər. Onu nəzərə alın ki, təlim-məşq toplanışındayıq, ağır məşqlər gedir. Futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Gördünüz ki, rəqib hər hissə iki tam fərqli heyətlə oynadı, daha gümrah idi. Bizim futbolçular həm xarakter göstərdilər. Bunu görmək istəyirdim ki, yorğun olduqları təqdirdə xarakter göstərərək sonadək oynasınlar. Deyərdim ki, Namiq çox yaxşı görünürdü. Emin də komandamızın "beyni"di.

- Daha bir məqam odur ki, cinahlardan nəhayət, yerlə ötürmələr gördük. Tapşırıq belə qoyulmuşdu, yoxsa, sadəcə, təsadüfən belə alındı ki, "Neftçi" məhz bu oyunda artıq yerlə ötürmələr edirdi?

- Təsadüf deməzdim. Çünki bizdə futbolçuların hamsı keyfiyyətlidi. Onlar başa düşürlər ki, hansı epizodda necə ötürmələr edəcəklər. Bilirdik ki, bizə qarşı oynayan rəqiblərdə atletik, fiziki hazırlıqlı, hündürboy futbolçulardı. Bu üzdən ötürmələri Dabonun, Namiqin qarşısına yerlə edək ki, qol vurmaq imkanımız olsun. Bu, futboldu, hər epizodun özünün tələbləri var. Amma əlbəttə ki, hələ bunların üzərində çalışacağıq. Bizdə elə olmayacaq ki, təsadüfən hücumlar olsun. Hər şey, müdafiəmiz də, hücumumuz da taktiki cəhətdən düşünülmüş olacaq.

- Roberto Bordinin istefaya göndərilməsi komandaya təsir edəcək, yoxsa yox?

- İnşallah, qarşıda zaman var. Oyunumuzu daha yaxşı etməyə çalışacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30