16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Komanda qol vurmağa borclu idi"

“Neftçi” ilə oyunda komandamızın oyununu bəyəndim. Bu qədər qol vəziyyətindən yararlana bilməməyimiz çox böyük bəxtsizlikdir. Lakin biz bir futbolçunun üzərinə düşüb “niyə bu qədər vəziyyəti qola çevirə bilmədin?” deyə irad bildirsək düzgün olmaz". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Klubun rəsmi saytına verdiyi açıqlamada uelsli mütəxəssis bildirib ki, bəzi azarkeşlər onu istəmir: "Qolu vurmaq üçün bəzən müdafiəçilərimiz də irəli gedir. Deməli bütün komanda qol vurmağa borclu idi. Hiss edirəm məni istəməyən azarkeşlər də var. Onlar irad bildirir, nəticə istəyirlər. Mən tam səmimiyyətimlə azarkeşləri haqlı sayıram. Çünki, onlar pul verib matçı izləməyə gəlir və nəticə istəyirlər. Ona görə də azarkeşi qınamağa haqqım yoxdur. Bununla belə komandamızın getdikcə daha yaxşı oyun göstərməsi bizim düzgün yolda olduğumuzu göstərir. İnanıram ki, “Xəzər Lənkəran” tezliklə uğursuzluq zolagından, bəxtsizlikdən qurtulub inamla yoluna davam edəcək!”
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30