28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Dario Frederiko “Neftçi-2”nin heyətində qol vurdu

“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının klubun rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, əvəzedicilər “Qaradağ Lökbatan”la qarşılaşıblar.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. Komandanın qollarını Dario Frederiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, “Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyun saat 13:00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31