19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mamadu Kane: "Neftçi" üçün canımı belə qoymağa hazıram"

"Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane klubun rəsmi saytına müsahibə verib.

- Bu artıq sənin "Neftçi”nin heyətində qatıldığım üçüncü təlim-məşq toplanışıdır. Təəssüratların necədir?

- Bundan əvvəlki toplanışların ikisi də fərqli olub. Hər iki hazırlıq prosesi yaxşı təşkil olunmuşdu. Hazırkı təlim-məşq toplanışımız da çox yaxşı davam edir. Toplanışdan-toplanışa daha da inkişaf etdiyimi hiss edirəm.

- Artıq bir ildən çoxdur "Neftçi”dəsən. Sənin üçün burada ən yaddaqalan hadisə hansı olub?

- Mənim üçün "Neftçi”də bu günədək ən yaddaqalan hadisə Tula "Arsenal”ı ilə Avroliqa oyunlarıdır. Hər iki matçı yüksək səviyyədə keçirdik. Çox güclü rəqibə qarşı gözəl oyun nümayiş etdirərək qalib gəldik. Bu mənim karyeramda ən yaddaqalan hadisə olub. Çünki özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı oldum ki, nəticədə növbəti mərhələyə adladıq. Bundan əlavə, "Qarabağ”la qolsuz heç-heçə ilə nəticələnmiş matçı da yaddaqalan hesab edirəm. Çox yaxşı oynamışdıq. Qalib gəlməsək də, qələbəyə layiq idik.

- Adətən, deyirlər ki, toplanış çərçivəsində keçirilən sınaq matçlarındakı nəticələr vacib deyil. Bəs sən necə düşünürsən?

- Hazırda komanda şəklində toplanışdakı ilk yoxlama oyununa hazırlaşırıq. Çox şadam ki, bu hazırlıq yüksək əhval-ruhiyyədə keçir. Həm komanda yoldaşlarım, həm məşqçi heyəti, həm də klubda çalışanlar işlərinə çox yaxşı kökləniblər. Bu da məni çox sevindirir. Sınaq matçlarının hər biri bizim üçün çox vacibdir. Çünki belə oyunlarda səhvlərimiz üzə çıxır və onların üzərində işləyirik. Yoxlama görüşləri komanda halında inkişafımıza da fayda verir.

- "Neftçi”yə gəldiyin ilk gündən azarkeşlər sənin komandadakı vəziyyətinlə maraqlanıblar. Onlara sözün varmı? Ümumiyyətlə, komandanın əsas üzvlərindən birinə çevriləcəyini təsəvvür edirdin?

- "Neftçi” öz oyunumu Avropada göstərmək üçün mənə şərait yaratdı. Mənə inandıqları üçün əvvəlcə klub rəhbərliyinə, məşqçi heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki bunadək vətənimdən başqa ölkədə futbol oynamamışdım. Buna ilk dəfə "Neftçi” ilə nail oldum. Azarkeşlərə də xüsusi minnətdarlığımı bildirirəm. Onların dəstəyini daim hiss etmişəm. Fanatlarımız hər oyunda həm komandanı, həm də məni dəstəkləyiblər. Bu məni həm çox sevindirir, həm də daha yaxşı oynamaq üçün ürəkləndirir. "Neftçi”nin layiq olduğu yerə yüksəlməsi üçün canımı belə qoymağa hazıram. Azarkeşlərimizin də dəstəyi ilə buna nail olmağa çalışacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30