26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mustafa Dənizli: “Azərbaycan bizim öz məmləkətimiz kimidir”

“Hələ püşkatma günü Türkiyədə futbol ictimaiyyəti sərfəli qrupa düşdüyümüzü düşünürdü. Milllimiz düzgün yoldadır, Şenol Günəşlə birlikdə əla atmosfer yaranıb”.

Futnolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin sabiq çalışdırıcısı Mustafa Dənizli yığmanın “Avro-2020”dəki şanslarını dəyərləndirərkən deyib.

Ölkəsinin mətbuatına danışan 71 yaşlı mütəxəssis komandanın qrupdan çıxıb, irəliləyəcəyini düşünür:

“Bir çox turnirlərə qatılmışıq. Amma son 20-25 ili ən uğurlu dövr kimi göstərmək olar. Qrupdakı rəqiblərimizdən biri İsveçrədir. Bu komanda adətən tam isveçrəlilərdən qurulan kollektiv olmur. Lakin İtaliya çox güclüdür. Nəzərə alsaq ki, ilk oyunumuzu onlara qarşı keçirəcəyik, uğursuz başlayıb, uğurlu bitirmək ehtimalımız var. Azərbaycan bizim öz məmləkətimiz kimidir. Məncə, bu baxımdan turnirə İtaliyada başlamaq üstünlükdür. Yığmamıza güvənirik. Dünya çempionundan 4 xal almışıq. Bu cür çıxışla hara qədər gedə biləcəyimizi siz düşünün”.

Qeyd edək ki, A qrupunda yer alan Türkiyə millisi iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30