18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Braziliyalı qapıçı: “Bakı dünyanın ən təhlükəsiz yerlərindən biridir”

"Qarabağ"ın braziliyalı qapıçısı Vaqner da Silva ölkəsinin mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı qolkiper Ağdam klubuna uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib:

“Beynimdə həmişə mədəniyyətləri dəyişə, adətlərə uyğunlaşa bilməyəcəyim fikri var idi. Həyat yoldaşım və qızım Azərbaycanı çox sevir. Çox yaxşı təşkilatlanmış klubda çıxış edirəm. İnsanlar düzgündür və komandanın fantastik heyəti var".

Vaqner de Silva Bakı haqda müsbət fikirlər səsləndirib: "Bakı gözəl şəhərdir. Ölkəni az adam tanıyır, amma dünyanın ən təhlükəsiz yerlərindən biridir. Azərbaycana gələn hər bir əcnəbi özünü çox yaxşı hiss edir. Müsəlman ölkəsi olmasına baxmayaraq, başqa yerlərdəki kimi sərt deyillər".

O, "Qarabağ"dakı debütünü də xatırladıb: "Qarabağ"dakı karyerama böyük sürprizlə başladım. Gəldim və artıq dörd gün sonra Çempionlar Liqasının ilkin mərhələsində debüt etdim. Praktiki baxımdan məlumatsız olduğum üçün bu, karyeramın ən diqqətəlayiq işlərindən biri idi. Sponsorum istənilən halda Azərbaycana göndərəcəkdi. Köhnə əlcək və köhnə buts var idi, oyun günü yağış yağırdı və biz qalib gəldik, üstəlik, qol da buraxmadım".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30