23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elxan Məmmədov: "Futbolçular bizə məxfi şəkildə məlumat verirlər"

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunda danışılmış oyunlara görə həyata keçirilən həbslərə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o deyib ki, bu hadisələrə görə çox sayda şəxs futboldan kənarlaşdırılıb.

“Ancaq futboldan kənar adamlar da var. Onlarla bağlı məsələlərlə müvafiq orqanlar məşğul olur. Bəzi klublarda işləyən nümayəndələrimizə “çox sağ ol” demək istərdim. Futbolçular bizə məxfi şəkildə məlumat verirlər. İki il əvvəl hesabat konfransında bu məsələləri başlatdıq. Biz onlara məxfi nömrə vermişdik. Onlar da artıq bizlə əlaqə qururlar. AFFA-nın prezidenti də bildirib ki, bu məsələləri aradan qaldıracağıq. Hazırda dünya futbolunun ən böyük təhdidi danışılmış oyunlardır. Biz də aktiv fəaliyyətlə məşğul oluruq. İstintaq gedir, tam açıb deyə bilmərəm. Adlar, tanınmış insanlar olacaq. Qorxulu odur ki, digər idman növlərinin nümayəndələri də bu məsələlərdə saxlanılıb. Futbolla bağlı olmayan adamlardır. Məhdudiyyət yoxdur. Biz bu “virus”u məhv etməliyik”.

Məmmədov bildirib ki, digər idman növlərinin nümayəndələri futbola qarışaraq, danışılmış oyunlarda iştirak edir: “Hər kəsi araşdırırıq. Milli komandaları da. Bilə-bilə şər atmaq olmaz. Bu, istintaq prosesinə əngəl olur. Sağlam tənqid qəbul edilir, ancaq yalan, süni tənqid yox. Mübarizəmizi davam etdiririk”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30