24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

AFFA-nın növbədənkənar Konfransı işə başlayıb

Bu gün "Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılıb, eləcə də digər məsələləri müzakirə edilib.

Konfransda 35 nümayəndədən 33-ü iştirak edir. AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Nizamnamədə əlavə və dəyişikliklərin yer aldığı yeni versiya AFFA üzvlərinə 4 gün əvvəl göndərilib.

Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.

Təklif olunan əsas müddəalar:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi

2. Hüquq tətbiqedici orqan anlayışının daxil edilməsi

3. Müvafiq müddətlərin müəyyənləşməsi

4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi

6. Prezident və icraçı vitse-prezidentlərin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması

8. Digər dəyişikliklər

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30