25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ”nin rəqibləri müəyyənləşdi

“Qəbələ” sabah 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verəcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” Bakıda bir araya gələcək.

Elmar Baxşıyevin rəhbərliyi altında baş tutacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcək.

Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub.

“Qəbələ” ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək təmsilçimiz yanvarın 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30