Ölkə futbolu
"Qəbələ"də ilin 12 hadisəsi
Son günlərini yaşadığımız 2019-cu ildə “Qəbələ” İdman Klubunun futbol komandaları yaşıl meydanlarda, digər növlər üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb.
Futbolxeber.az saytının məlumatına görə, idmançılar bu ili də bir sıra nailiyyətlərlə yekunlaşdırıblar. “Qırmızı-qaralar” komanda və fərdi yarışlardakı uğurları ilə azarkeşlərinə sevinc bəxş ediblər. “Qəbələ” kubunun rəsmi saytı 2019-cu ilin ən yaddaqalan 12 məqamını təqdim edib:
1. İlk kubok
“Qəbələ” tarixində ilk dəfə Azərbaycan kubokunun qalibi olub. Ümumilikdə 4-cü, ardıcıl 3-cü dəfə finalda oynayan “qırmızı-qaralar” mayın 19-da mükafata yiyələnib. Komandamız Naxçıvanda baş tutan həlledici görüşdə “Sumqayıt”la qarşılaşıb. Stiven Monrozun 3-cü dəqiqədəki erkən qolu matçın taleyini həll edib. 1:0 hesabı ilə qalib gələn komandamız tarixində ilk dəfə ölkə kubokuna yiyələnib. Bu, klub tarixində 2006-cı ilin yayında I dəstənin qalibi kimi Premyer Liqaya yüksəldikdən sonra ilk tituldur.
2. “Qəbələ”dən iki çempionluq
“Qəbələ” Futbol Akademiyasının komandalarının ölkə çempionatlarındakı uğurlu çıxışları 2019-cu ildə də davam edib. AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2018/19 mövsümündə təmsilçilərimiz 6 mükafata yiyələnib. U-19 və U-16 çempion adına sahib çıxıb. Bu, Gənclər Liqasında çıxış edən 19 yaşadək futbolçulardan ibarət komandanın ardıcıl 2-ci, ümumilikdə 4-cü uğuru olub. U-16 Liqasında isə “Qəbələ”nin hegemonluğu aşkardır. Bu turnirdə “qırmızı-qaralar” ardıcıl 4-cü, ümumilikdə 6-cı dəfə qızıl medala yiyələnib. U-17 ilə U-15 mövsümü gümüş mükafatla yekunlaşdırıb. U-14-lə U-12-nin qazancı isə bürünc medal olub.
3. Minsk-2019-da iki medal
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında “Qəbələ”nin idmançıları da uğurla çıxış edib. Təmsilçilərimiz Azərbaycan yığmasının hesabına 1 qızıl və 1 gümüş medal yazdırıblar. Boksçu Alfonso Dominqes (81 kq) bütün rəqiblərini məğlub edərək Azərbaycana çempionu kimi qayıdıb. O, həm də Avropa çempionatı statusu daşıyan yarışın da qalibi sayılıb. Karateçi Rafael Ağayev (75 kq) də növbəti medalını Minskdə qazanıb. Finala qədər bütün rəqiblərinə qalib gələn idmançımız yalnız həlledici görüşdə uduzaraq gümüş mükafata sahib çıxıb.
4. Yenə Gənclər Liqasında
“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilməkdədir. “Qırmızı-qaralar” tarixində 3-cü, ardıcıl 2-ci dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. Bu turnirdə 2016/17 mövsümündə debüt edən, ötən il isə mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “Qəbələ” yenə Çempionlar yolunda qüvvəsini sınayıb. Komandamız I mərhələdə Kiprin APOEL klubu ilə görüşüb. Futbolçularımız səfərdə heç-heçəyə nail olsalar da, evdə keçirilən görüşdə uduzaraq mərhələ adlaya bilməyiblər.
5. Avropada 20-ci medal
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev Avropa çempionatlarında 20-ci medalını qazanıb. İdmançımız buna İspaniyanın Qvadalaxara şəhərində nail olub. O, böyüklərin 54-cü Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub. 5 qat dünya çempionumuz qitə birinciliklərində medal sayını yubiley həddinə - 20-yə çatdırıb. Bunun 11-i qızıl, 2-si gümüş və 7-si bürüncdür.
6. Avropa Liqasında 6-cı mövsüm
“Qəbələ”nin əsas komandası artıq avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” ardıcıl 6-cı dəfə qitə miqyaslı turnirdə qüvvəsini sınayıb. Yarışa Azərbaycan kubokunun qalibi kimi qatılan komandamız UEFA Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulub. 2014/15 mövsümündən bu turnirdə daim iştirak edən, iki dəfə dörd mərhələ adlamaqla qrupa yüksələn “Qəbələ” Gürcüstan “Dinamo”su ilə görüşüb. “Qırmızı-qaralar” bu dəfə Tbilisi təmsilçisini keçə bilməyib.
7. Abbasovdan çempionluq kəməri
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu adına yiyələnib. O, Rusiyanın Moskva şəhərindəki "Mıtişi Arena"da keçirilən turnirdə qalib olub. Yüngül çəki dərəcəsində vakant olan çempionluq kəməri uğrunda görüşdə Qazaxıstan təmsilçisi Kuat Hamitovla 5 raundluq döyüşdə 48:47, 47:47, 48:47 hesabı ilə qalib gələn idmançımız çempionluq kəmərinə yiyələnib. Nəriman 2019-cu ildə fərdi mükafat da qazanıb. Döyüşçümüz “Avand Production”un təşkilatçılığı ilə “Park İnn” otelində baş tutan tədbirdə “Caspian Awards” mükafatı ilə təltif edilib.
8. İki futbolçu rəmzi komandada
2019-cu ilin yayında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb. “Qəbələ” Peşəkar Futbol Liqasının tərtib etdiyi heyətdə iki oyunçu ilə təmsil olunub. Ötən mövsümdə “qırmızı-qara” formada çıxış edən hücumçu Ceyms Adeniyi və müdafiəçi Voislav Stankoviç “11-lik”də yer alıb. Buna onların mövsüm ərzində turun komandasına düşməkləri səbəb olub. Adeniyi 9, Stankoviç 6 dəfə bunu bacarıb.
9. Gənclərin festivalında medal
İdmançılarımız Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında da çıxış ediblər. Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Gülşən Bəşirova yarışda uğura imza atıb. Klubumuzun rayon bölməsinin yetirməsi olan 16 yaşlı istedad 44 kq çəkidə festivalın bürünc mükafatına yiyələnib. Gülşən 2019-cu ildə daha bir uğuruna Qazaxıstanın Almatı şəhərində təşkil olunan yeniyetmələr arasında dünya çempionatında imza atıb. Bu yarışda 48 kq çəkidə mübarizə aparan cüdoçu komanda yarışlarında gümüş mükafata sahib çıxıb.
10. Bir ildə iki qızıl
“Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov il ərzində iki mötəbər yarışın qalibi olub. +100 kq çəki dərəcəsində çıxış edən idmançımız Lüksemburqda keçirilən Avropa kubokunda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Çexiyanın paytaxtı Praqada keçirilən gənc cüdoçular arasında Avropa kubokunda da da eyni uğura nail olub.
11. Avropa çempionatında bürünc medal
Taekvondoçumuz Cavad Ağayev Avropa çempionatında uğurla çıxış edib. Azərbaycan yığmasının üzvü olan idmançımız İspaniyanın Marina Dor şəhərində keçirilən gənclər arasında qitə birinciliyində dayanaq üzərinə çıxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan Ağayev qitə çempionatında 3-cü olaraq bürünc medal qazanıb.
12. Yeni sponsor
“Qəbələ” İdman Klubu yeni sponsorla anlaşıb. Dekabrın 19-da Qafqaz City Oteldə keçirilən tədbirdə klubla “Jalə” Şirələri arasında sponsorluq müqaviləsi imzalanıb. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov və şirkətin Marketinq direktoru Amid Səfərov ilyarımlıq müqaviləyə imza atıblar. Anlaşmaya əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb