29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Premyer Liqada danışılmış oyunlarla bağlı şübhə barədə bizə məlumat verilmədi”

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytnın sport.24-a istinadən verdiyi məlumata görə, yığıncaqdan sonra qurumun sədri Riad Rəfiyev jurnalistlərin suallarını cavablandırıb.

- İclasda hansı məsələlər müzakirə olundu?

- Bugünkü iclasın gündəliyində ən vacib məsələlərdən biri danışılmış oyunlarla bağlı idi. AFFA nümayəndəsi Seymur Səlimli bizə ətraflı məlumat verdi. Bildiyiniz kimi, son vaxtlar I Divizionda bəzi arzuolunmaz olaylar oldu və bu haqda bizə məlumat verildi. Bugünkü iclas əsasən danışılmış oyunlara həsr olunmuşdu. İclasın sonunda isə ilə yekun vurduq.

- I Divizionda araşdırmalar aparılıb. Bəs, Premyer Liqada belə şübhələr varmı?

- Bu barədə bizə məlumat verilmədi. Yalnız I Divizion haqda söhbətlər oldu.

- Yəqin ki, araşdırmalar davam edir...

- Bəli. Artıq nəticələr də var, hüquq-mühafizə orqanları bu haqda daha çox məlumatlıdırlar. Onlar da işlərini ən yüksək səviyyədə aparırlar.

- Yeni sədr seçkisi olmadı. Bu, nə vaxta planlaşdırılır?

- İnşallah, növbəti ilin mart ayında baş tutacaq.

- İclasların birində toxunmuşdunuz ki, hansı komandada gənc, 21 yaş limitində futbolçular varsa, onlara bonuslar olmalıdı. Bunda bir yenilik varmı, yoxsa məsələ açıq olaraq qalıb?

- Hazırda bu haqda müzakirələr gedir. Bu, sadəcə, təkliflə irəli sürülməməlidir ki, final futbolçunu oynatmışıq, bizə əlavə bonus olsun. Bu, tənzimlənməlidi, geniş layihə kimi hazırlanmalıdı. Bu, növbəti mövsüm üçün təklif olunacaq. Hələ ki komitəmizdə bununla bağlı qərar verməmişik.

- Kuluarlarda belə müzakirə eşitmişik ki, legioner limiti dəyişdiriləcək, üstəlik,  21 yaş limiti götürüləcək, yeni bir klub cəlb olunacaq. Yəni vaxtilə "Şəfa" kimi U-21 komandası. Bu, gündəmdə varmı?

- Klublar Komitəsinin gündəliyində belə bir məsələ olmayıb.

- "Qəbələ"nin prezidenti Fariz Nəcəfov "Jalə"ylə sponsorluq müqaviləsində belə fikir ifadə etdi ki, AFFA bütün klublara eyni kriteriyalarla yanaşmalıdı. Bir növ belə mesaj verdi ki, assosiasiyanın klublara verdiyi dəstəklə razılaşmır...

- Düzünü deyim ki, bunu ilk dəfədir sizdən eşidirəm. Belə bir açıqlamanın oxumamışam, xəbərim yoxdu. Hesab edirəm ki, başqa klubun prezidenti olaraq bu haqda nəsə deməyim düzgün olmaz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31