28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Futbolçuların mübarizəsindən razı qaldım”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunundan (1:3, ilk oyun 0:1) sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, məğlubiyyəti belə şərh edib: “Bilirdim ki, bu oyun daha ağır olacaq. Bu meydanda ilk dəfə məğlub olduq. İtkilərimiz vardı, Kamaranın da səhhətində problem ortaya çıxıb, həkimlər də səbəbi bilmirlər. Komanda məğlub olsa da, futbolçuların mübarizəsindən razı qaldım. Gənc futbolçular meydanda idi. Artıq bütün fikrimizi istirahətə və yeni ildə başlayacaq Premyer Liqanın qalan hissəsinə yönəldəcəyik. Bu da təcrübə oldu".

T.Əhmədiv qış fasiləsində komandada müəyyən dəyişikliklər olacağını söyləyib: "Bir transfer artıq tamamlanıb. Daha bir hücumçu axtarırıq. 2 yeni futbolçu olacaq, ola bilər 3 olsun. Amma eyni zamanda, komandadan gedən futbolçular da olacaq. Kimlərin gedəcəyini indi açıqlaya bilməyəcəm. Yaxın günlərdə bu barədə açıqlama veriləcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31