25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Aftandil Hacıyev: “Avropada belə qolu sayırlar, ancaq bizdə...”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə səfərdə 0:1 hesabıyla uduzduqları cavab oyunundan sonra mətbuat konfransı keçirib.

 - Bu gün rəqib ümumən bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, cütün qalibi olaq. Hər iki matçda qol epizodlarımız oldu. Bunları qola çevirə bilsəydik, rahat oynaya bilərdik. Futbolçulara bu mübarizliyə təşəkkür edirəm. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram.

- Maraqlıdı, rəhbərlik oyundan əvvəl komandayla görüşmüşdü? Mükafat vəd olunmuşdu?

- Xeyr, heç bir görüş olmamışdı. Ümumiyyətlə, mükafat haqda danışmaq istəmirəm. Çünki ondan vacib problemlər ki həllini tapmayıb. Təkcə maaş yox, çox problem var. İndi bir-bir saysaq, çox vaxt gedər. Komanda bacardığını oynadı.

- Legionerlərinidən Yevgeni Koçuk, Aleksandr Rıbka gedir...

- Rəsmi bir şey olanda elan olunacaq. Mətbuatda yazılanlara şərh vermək istəmirəm.

- Son dəqiqə sayılmayan qolla bağlı narazılıq vardı. Həmin epizodu necə şərh edərdiniz?

- Zənnimcə, təmiz qol idi. Top artıq oyunda idi. Qapıçıya maneə yox idi, məsafə da yetərincə idi. Kərim Benzema təxminən belə qol vurmuşdu. Avropada belə qolu sayırlar, ancaq bizdə sayılmırsa, deməli, bizdə bu baxımdan da problemlər var (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30