24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

UEFA-dan Azərbaycan klubları üçün daha 73170 avro

UEFA İcraiyyə Komitəsinin 2014-cü ildə qəbul etdiyi qərara uyğun olaraq, UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında 2018/19-cu il mövsümündə iştirak etmiş klubların arasında Financial Fair Play (FFP) qaydalarına əməl edilməməsi səbəbindən tutulan vəsaitin paylanması mexanizminə əsasən, FFP qaydalarına əməl edilməməsinə görə 2018/19 mövsümündə tənzimləmə müqaviləsi bağlanmış və FFP intizam cəzasına məruz qalan klublar istisna olmaqla, bütün vəsaitin UEFA-nın klub yarışlarında iştirak edən digər klublara yenidən bölüşdürülməsi qərara alınıb.

Futbolxeber.az saytının məlumatına görə, məbləğin 80%-i UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının qrup mərhələsində oynayan klublara, 20%-i isə hesablaşma müqavilələri imzalayan klublar istisna olmaqla, UEFA Çempionlar Liqasının və ya UEFA Avropa Liqasının seçmə mərhələlərini adlaya bilməmiş klublara bərabər hissələrlə paylanır.

Müvafiq klublarımız üçün UEFA tərəfindən ayrılmış 73170.00 avro vəsait AFFA-nın vasitəsilə klubların  hesabına köçürülüb:

“Qarabağ” - 54120.00 avro

“Keşlə” - 6350.00 avro

“Qəbələ” - 6350.00 avro

“Neftçi” - 6350.00 avro

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30