25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov: “Vuruşmağa söz vermişik"

“Kubok matçı iki oyundan ibarətdir. “Neftçi"nin heyəti bəllidir, genişdir. Sevindirən odur ki, futbolçularım meydanda tapşırıqları düzgün yerinə yetirdi, sona qədər döyüşdülər. Biz də qol vura bilərdik, rəqib də. Vuruşmağa söz vermişik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/4 finalında səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Futbol səhvlərin üzərində qurulub. Tək Elvin Bədəlov yox, başqa oyunçular da səhvlər edir. Sonra onlara inandığımı deyirəm. "Zirə" ilə 2:2 hesablı oyundan sonra Peyman Babayini "xalq düşməni" elan etmişdilər. Ancaq sonra özünü sübut etdi. Səhv edən futbolçulara yenidən dəstək olub, onlara inandığımızı deyirəm. Bu gün də Elvin Bədəlov ən yaxşılardan idi. "Neftçi" güclü rəqibdir. Yaxşı futbolçulardan ibarət heyəti var. Bir az üstünlüyümüz varsa, istifadə edəcəyik. Ümumilikdə, şansları bərabər hesab edirəm. "Qarabağ"a da ilk məğlubiyyəti biz yaşatdıq. Belə oyunların futbolçuların inkişafında rolu böyükdür. Çalışıram ki, futbolçuları belə oyunlara maksimum kökləyim, rəqibdən çəkinməsinlər. Məni sevindirən odu ki, qol vurduq, daha bir neçə epizod da yaratdıq" - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30