17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Daha inamlı oyun gözləyirdim”

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov  Azərbaycan kubokunun 1/4 final mərhələsində səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra mətbuat konfransı keçirib.

- Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik. Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdır. 12-13 nəfərdən ibarət heyətdir. Artıq əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq.

- İki cəbhədə mübarizə aparmaq çətin deyil?

- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdır. Çempionat oyunu mənim üçün daha önəmlidir. Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda vəziyyət normaldır.

- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?

- Bu barədə məlumatım yoxdur. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdur. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30