24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Qəbələ”nin əvəzolunmazları: Qismət Alıyevlə Davit Volkov

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” ilk iki dövrədə keçirdiyi 14 oyunda 13 xal toplayıb. Komandanı ilk üç turda meydana çıxaran Sənan Qurbanov və sonradan onu əvəzləyən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb.

İki oyunçu - Qismət Alıyevlə Davit Volkov “qırmızı-qaralar”ın çempionatakı bütün görüşlərində iştirak edib. Klubun yetirməsi olan Qismət meydanda daha çox dəqiqə keçirməklə komandanın bu göstəricidəki lideri olub - 1211 dəqiqə. Amin Seydiyev, Ülvi İsgəndərov, Merab Qiqauri və Fernan Lopez hərəyə 13 matçda forma geyinib. 13 futbolçu oyunların yarıdan çoxunda - ən azı 8 dəfə meydanda olub.

“Qəbələ”nin mövsümün ilk yarısında vurduğu 14 qola 6 futbolçu imza atıb. 5 dəfə fərqlənən Davit Volkov komandanın ən yaxşı bombardiridir. Ülvi İsgəndərov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib. Qismət Alıyevlə Roman Hüseynovun hərəyə bir topu var. “Qəbələ”nin bir qolu isə avtoqola imza atan Donald Geryenin (“Neftçi”) hesabına yazılıb (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30