16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qəbələ" "Sabah"ı darmadağın etdi, "Səbail" - "Zirə" oyununda qalib aşkarlanmadı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı darmadağın edib. 3:0 hesablı qələbə qazanan Elmar Baxşıyevin komandası yarımfinala yüksəlməyə çox yaxındır.  

"ASCO Arena"da isə "Səbail" "Zirə"ni qəbul edib. Bu qarşılaşmada qapılara qol vurulmayıb. 

Qeyd edək ki, digər iki görüş dekabrın 16-da keçiriləcək. "Neftçi" "Sumqayıt"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

15 dekabr

“Səbail” - “Zirə” 0:0 

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev

“ASCO Arena”

“Qəbələ” - “Sabah” 3:0

Qollar: Klesio Bauk 19; 44, Ülvi İsgəndərov 87

Qırmızı vərəqə: Ülvi İsgəndərov 90+1 

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Qəbələ şəhər stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30