Ölkə futbolu
Nikola Yurçeviç: “Daha yaxşı komanda formalaşdırmaq üçün vaxt lazımdır”
Milli komandamızın sabiq baş məşqçisi Nikola Yurçeviçin müsahibəsi
- AFFA-nın sizinlə müqavilə müddətini uzatmaq istəməməsini necə qarşıladınız?
- Zaqrebdə keçirdiyim son həftə ərzində özümü və milli komandanın gələcəyini düşünürdüm. Müqaviləni uzatmaqda maraqlı olub-olmamağımla bağlı özüm də əmin deyildim. İnsanlar daha real olmalıdırlar. Azərbaycanın Avropa futbolundakı mövqeyini nəzərə alsaq, yalnız addım-addım inkişaf edə bilərik. Daha yaxşı komanda formalaşdırmaq üçün vaxt lazımdır. Rəqiblərlə müqayisədə Azərbaycan futbolçuları Avropanın tanınmış klublarında çıxış etmirlər. Gənc oyunçularla düzgün işləməklə və pillə-pillə getməklə uğura nail olmaq mümkündür. Bununla belə, AFFA-dakı hər kəsə mənə verdikləri dəstəyə və peşəkar işlərinə görə təşəkkür edirəm.
- Millidə bir seçmə mərhələni əhatə edən 10 aylıq fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, gələcək üçün bir sıra yeni və gənc oyunçuları üzə çıxardıq. Keyfiyyətcə daha üstün komandalara qarşı çox yaxşı oynadıq və əlavə xallar qazanmaq şansımız vardı. Qrupumuzda San Marino kimi asan rəqibimiz olsaydı, yəqin ki, daha 6 xal qazanardıq və bu, komandaya daha çox özünəinam verərdi.
- Bugünkü hesabatınızda hansı məsələlərə toxundunuz?
- İcraiyyə Komitəsinə illik hesabat verdim. Bu, normal və peşəkar davranışdır. Bütün oyunları təhlil etdim. Seçmə mərhələdə bizə qarşı çoxlu hakim səhvləri oldu. Premyer Liqada 8 komanda çıxış etdiyindən yığmada rəqabət üçün yetərincə oyunçunun olmadığına diqqət çəkdim. Üstəlik, bəziləri klublarında oynamırlar. Həmçinin seçmə mərhələdə hər görüşdə cəza və zədə üzündən 3-4 futbolçunun xidmətindən yararlana bilmədik. Xaricdə oynayan futbolçuların da sayı yetərli deyil. Komandanın gələcəyi ilə bağlı analiz aparmağa çalışdım. Fikrimcə, növbəti Millətlər Liqasında müsbət nəticə qazanmaq üçün daha yaxşı şans var.
- Bundan sonra nə etmək fikrindəsiniz: Azərbaycanın hansısa klubundan təklif gəlsə, qalmaq istəyərdiniz?
- İndi boşda olan məşqçiyəm və bütün təkliflərə açığam. Bir gün yenə Azərbaycanda çalışmağım mümkündür. Deməliyəm ki, mən və ailəm Bakı kimi gözəl, Azərbaycan kimi əla ölkədə yaxşı insanların əhatəsində çox yaxşı vaxt keçirdik. Bura ilə bağlı yalnız müsbət sözlər deyə bilərəm. Oyunçulara, komandadakı personala, azarkeşlərə, bir sözlə, hər kəsə təşəkkürlər! (“Report”)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- AFFA lisenziyaları payladı: Növbəti mövsüm Premyer Liqada hansı klublar iştirak edə bilər?
-
10:12
Minifutbol millimizin finaldakı qələbəsi və çempionluq sevinci VİDEO
-
09:39
Azərbaycan millisi Maltaya qarşı
-
09:23
Orxan Məmmədov: “Millinin ikinci dəfə Avropa çempionu olması böyük hadisədir”
-
09:00
Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
-
00:47
Elşad Quliyevdən qələbə şərhi
-
23:42
Minifutbol millimiz ikiqat Avropa çempionu oldu
-
19:54
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
-
19:18
Faiq Qarayev: “Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik”
-
18:49
Voleybol millimizin Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
18:00
"Karvan-Yevlax" daha bir legionerlə yollarını ayırdı
-
17:35
Tellur Mütəllimovla yeni müqavilə imzalandı
-
17:23
"Qarabağ" 500 min avroya bosniyalı qapıçı transfer edir
-
17:02
Almaniya klubunda yeni baş məşqçi
-
16:51
PFL “Ayın qolu” layihəsinin bu mövsüm üçün sonuncu qaliblərini açıqladı
-
16:17
"Qəbələ" kapitanı ilə vidalaşdı
-
15:48
Yankoviç "Qarabağ"da qalır?
-
15:34
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
-
15:06
Amin Seydiyev "Sabah"dan getdi
-
14:19
İngiltərə klubunda baş məşqçi ayrılığı
-
13:53
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
-
13:25
“Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
-
13:00
Azərbaycan parataekvondoçuları Roma Qran-prisində çıxış edəcəklər
-
12:42
Azərbaycan Fransada beynəlxalq konfransda təmsil olunub
-
12:11
Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
11:56
“Şamaxı” braziliyalı legionerlə vidalaşdı
-
11:34
Bakıda "Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi start götürüb
-
11:17
Millimizin qapıçısı: “Son Avropa çempionunu taxtından endirdik”
-
10:28
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:13
Addaidən “Qarabağ” paylaşımı
-
09:56
Azərbaycan millisini finala aparan qələbə VİDEO
-
00:39
Elşad Quliyev: “Çempion olmaq istəyirik”
-
00:00
Azərbaycan millisi Avropa çempionatının finalında!
-
19:49
“Araz-Naxçıvan”ın qapıçısı: “Bu qədər ağır, stresli mövsümün keçdiyi yadıma gəlmir”
-
19:13
"Qarabağ" İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
-
18:20
Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
-
17:34
Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib
-
16:55
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
-
16:42
“Şəfa”ya texniki məğlubiyyət verilib
-
16:17
"Napoli" onu birdəfəlik transfer etdi
-
16:06
Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib
-
15:38
Dağıstanlı döyüşçü: “Bakıdakı UFC turnirində azarkeşləri əsl şou gözləyir”
-
15:21
"Nyukasl"da yeni müqavilə
-
14:59
AFFA və UEFA “Turan Tovuz”un avrokuboklardan kənarlaşdırması ilə bağlı açıqlama yayıb
-
14:43
Onur Quluzadə İsveçdə keçiriləcək beynəlxalq yarışda mübarizə aparacaq
-
14:14
Minifutbol millimizə Slovakiyada möhtəşəm dəstək FOTOLENT
-
14:00
Təmkin Xəlilzadə: “Serbiya ilə oyun finala bərabər olacaq”
-
13:35
Azərbaycanın U-20 millisi Pakistanla qarşılaşacaq
-
12:57
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
-
12:22
"Gəncə"nin üzvü Ukrayna millisinə dəvət alıb
-
12:08
Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazanıblar
05.06.2026
04.06.2026
03.06.2026























