Ölkə futbolu
Qurban Qurbanov: “Alınmırsa, bundan əl çəkməli deyilik”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Lüksemburq "Düdelanj"ı ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə qarşılaşma haqda fikirlərini bölüşüb:
- Hamımız üçün yaxşı olmayan nəticə ilə qrupu başa vurduq. Maraqlı oyun oldu. Meydanda hər şey gördük - həm qollar, həm də qırmızı vərəqə. Futbolçularıma təşəkkür edirəm. Əziyyətlərinə görə məğlub olmadılar.
İkinci hissəyə pis başlamadıq. Sadəcə olaraq, qırmızı vərəqə gözlənilməz oldu. APOEL ilə matçdan sonra futbolçular çox məyus idi, sanki mövsüm bitmişdi. Onları toparlamaq lazım idi. Bu gün istəkli idilər. Qol buraxandan sonra riskə getdik, bizi əks-hücumda da tuta bilərdilər.
- Qrupda sınma anı hansı oldu?
- Nəticəyə baxsaq, APOEL-ə səfərdə 1:2 hesabı ilə uduzduğumuz oyun oldu. Hesabı açanda sonra 2-3 qol da vura bilərdik. Həmin görüşdən sonra sanki bizim üçün bütün mövsüm bitdi, futbolçular çox məyus idi. Bu gün 3-cü yeri qorumaq haqda düşünürdük. "Keşlə" ilə kubok matçı da bizim üçün önəmlidir.
- "Qarabağ" qrupda 3-cü oldu. Komandanızın bəxti gətirmədi, yoxsa qanunauyğunluqdur?
- Hər oyunda yaxşı nəticə qazanmaq istəyirik. Bəxtimizin gətirmədiyini də söylədiyimiz matçlar oldu. APOEL ilə matçlardakı qədər qol epizodu yaratdığımız görüş olmayıb. Ancaq bu o demək deyil ki, APOEL 2-ci yerə layiq deyil.
- Azarkeşlər, futbol ictimaiyyəti artıq "Qarabağ"ın Avropa Liqasında qrupa düşməyini adi qarşılayırlar. Bu barədə nə deyə bilərsiniz?
- Qrup mərhələsi heç də asan deyil. Avropada orta səviyyəli çempionatlar həddindən artıq inkişaf etməyə başlayıb. Əlbəttə, hər il bir addım irəli getmək istəyirik. Ancaq alınmırsa, bundan əl çəkməli deyilik. Mən "Qarabağ"a gələndə komanda neçə il idi çempion ola bilmirdi yaxşı komandalar vardı. Lakin biz çəkinmədik, üzərlərinə getdik və sonda çempion olduq.
- İli "Qarabağ" üçün uğurlu saymaq olar?
- Desəm ki, uğurlu hesab etmək olar - bu, düzgün çıxmaz. Uğursuz adlandırmaq da olmaz. Çempion olduq, hazırda da Premyer Liqada birinci pillədəyik. Qarşıda kubok matçı da var. Ən azından bu mövsüm yenə Avropa Liqasında qrupda oyandıq. "Sevilya" kimi komandanı bura gətirdik. Məncə, uğursuz deməyək. Uğursuz desək, futbolumuz hara qədər gedəcək? Zatən klublarımız bir-bir sıradan çıxacaq. Böyük klubları Bakıda görürüksə, bunu uğursuz saymayaq.
- Jurnalistlər arasında sorğuda yenə ilin məşqçisi seçildiniz. Bir mütəxəssis buna nail olmaq üçün nə etməlidir?
- Həmişə işimə sadiq olmağa çalışmışam. "Qarabağ"da mənə etimad ediblər, bunu doğrultmağa çalışıram. Son illər komanda avrokuboklarda qruplarda oynayıb. Yəqin ki, buna görə seçiblər.
- "Qarabağ"da nəsil dəyişməyə ehtiyac var?
- Komanda nəticə üçün oynayırsa, nəsil dəyişmək çətindir, risk olar. Son 4-5 ildə Azərbaycana futbolçu gətirmək çətinləşib. Türkiyədə legioner limitinin ləğvi bizim üçün zərbə oldu. Digər tərəfdən, çempionatın səviyyəsi yüksəlməli və daha yaxşı büdcə olmalıdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
10:17
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
10:00
"Zirə"dən "Torpedo"ya 3 cavabsız qol VİDEO
-
23:44
Güləşçilərimizdən Avropa çempionatında daha 2 medal
-
22:47
Rəşad Sadıqov: "Bu gün "Torpedo" da qalib gələ bilərdi"
-
22:35
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
-
22:20
Qismət Alıyev: “Avrokuboklar üçün 2 yoldaşlıq oyunu kifayət etmir”
-
21:56
“Zirə” "Torpedo"ya şans tanımadı
-
20:08
Qurban Qurbanov: “Çatışmazlıqlar var, amma zamanla düzələcək”
-
19:13
“Zirə” - “Torpedo”: Heyətlər açıqlandı
-
18:49
Martinez Portuqaliya millisindən getdi
-
18:21
Arbeloa İngiltərə klubunun baş məşqçisi təyin edildi
-
18:07
"Vestri"nin baş məşqçisi: "Qarabağ" bizim üçün ən güclü rəqibdir"
-
17:54
Türkiyə millisinin üzvü "Beşiktaş"da
-
16:32
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
-
16:15
"İmişli"dən günün 3-cü transferi
-
16:00
Rəşad Nəbiyev Avropa çempionatında uğurlu çıxış edən yeniyetmə cüdoçularla görüşüb
-
15:46
Bakı metrosu "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək
-
15:28
“Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib
-
15:13
Kəmalə Əsgərova Avropa çempionatının oyunlarına təyinat alıb
-
14:59
FIBA Çempionlar Liqası: Azərbaycan klublarının rəqibləri məlum olub
-
14:31
Blind "Ayaks"a qayıtdı
-
14:04
“Kəpəz”dən ayrılan futbolçu Qırğızıstan klubunda
-
13:47
Azərbaycan parataekvondoçusu Cənubi Koreyadakı turnirdə gümüş medal qazanıb
-
13:22
Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib
-
13:00
Kamilo Duran "Seltik"in düşərgəsində
-
12:35
Bəxtiyar Həsənalızadənin yeni klubu müəyyənləşdi
-
12:18
Tarixə düşən qələbə
-
11:46
Azərbaycanı avrokuboklarda 4 voleybol komandası təmsil edəcək
-
11:23
Dünya çempionatlarında 3000-ci qol
-
11:09
Messi Maradonanı geridə qoydu
-
10:51
Fərid Nəbiyev "İmişli"də
-
10:34
İsveçrə penaltilərdə sevindi VİDEO
-
10:17
DÇ-2026: 1/4 finalın bütün cütləri
-
10:02
Argentinadan geridönüş VİDEO
-
09:45
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
-
21:54
ÇL: “Sabah” qələbə ilə başladı
-
20:06
"Sumqayıt" yeni mövsümün hazırlığına başladı VİDEO
-
19:32
“İmişli”də yeni məşqçi təyinatı
-
18:15
“Qarabağ” yeni formalarını təqdim etdi FOTOLENT
-
17:48
“Seltik” “Qarabağ”la razılığa gəldi
-
17:23
"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb
-
17:09
PFL Xəyal Əliyevi mükafatlandırdı
-
16:51
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
-
16:34
"Səbail" Vüsal Əliyevi heyətinə qatıb
-
16:17
Rəşad Sadıqov: “Səfər oyununa üstün yollanmaq istəyirik”
-
16:06
“Zirə”nin kapitanı: “Komanda olaraq sabahkı matça hazırıq”
-
15:42
"Kəpəz" onunla müqaviləni yeniləmədi
-
15:25
Daha bir legioner "Qəbələ"dən ayrıldı
-
14:58
"Gəncə" Sona Atayeva ilə yeni müqavilə imzalayıb
-
14:33
Belçika 4 qolla 1/4 finalda VİDEO
09.07.2026
08.07.2026
07.07.2026























