2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Ölkə futbolu

"Düdelanj"ın baş məşqçisi: “Qarabağ”ın hesabı bərabərləşdirməyi bizi məyus edir”

"Nəticəyə görə çox təəssüflənirik. Oyundan isə razıyam. Üstünlüyümüz görünürdü".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Lüksemburqun "Düdelanj"ının baş məşqçisi Bertran Krasson UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı  turunda Bakıda "Qarabağ"la oyundan (1:1) sonra deyib.

 48 yaşlı mütəxəssisin sözlərinə görə, əsas vaxtda əlavə olunmuş dəqiqədə qol buraxdıqları üçün üzlürlər:

"Qarabağ" kimi komandaya qarşı bu cür oyundağımız üçün fəxr edirik. Lakin rəqibin 90+1-ci dəqiqədə, üstəlik, 1 nəfər azlıqda oynadığı halda hesabı bərabərləşdirməyi bizi məyus edir. Oyunçularımdan razıyam. Hər biri üzərinə düşən öhdəliyi yerinə yetirdi. Komandada irəliləyiş görürəm. Böyük potensial var"

Cəzalı olduğu üçün oyunu tribunadan izləyən Krasson köməkçisi ilə telefon vasitəsi ilə əlaqə saxladığını bildirib: "Oyunun nəticəsinin heç bir önəmi olmasa da, hər bir matç yeni macəra və təcrübədir. Bu oyunda bir çox futbolçular özlərini göstərdi. Bəziləri gözləmədiyim performans sərgilədilər. Kollektiv şəkildə yaxşı oyandılar".

Lüksemburqda "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi oyunda erməni təxribatı ilə yadda qalıb. Baş məşqçi isə Bakıdakı qonaqpərvərlikdən razı qalıb: "Buradakı şəraitdən, insanlardan çox məmnun olduq. Bura bir də gəlmək istəyərəm".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31