20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Düdelanj” “Qarabağ” önünə baş məşqçisiz çıxacaq

"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la bugünkü oyuna baş məşqçisiz çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb komandanın çalışdırıcısı Bertran Krassonun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Görüşü tribunadan izləməli olacaq belçikalı mütəxəssis matç zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək.

O, komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək. Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30