19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Maksim Medvedev: “Azarkeş olsaydım, stadiona gələrdim”

"Baxmayaraq ki, son matçda şansımız yoxdur, ancaq yaxşı nəticə qazanmaq, turniri major notda bitirmək istəyirik. Oyunun önəmi böyük olmasa da, ən yaxşısını etməyə çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın vitse-kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburqun "Düdelanj"la klubuyla sabah oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli müdafiəçi son turdakı ev matçına azarkeş marağının az olmasıyla bağlı sualı belə cavablandırıb: "Bizim işimiz futbol oynamaqdır. Bu, azarkeşlər üçün bir növ şoudur. Biz də istərdik ki, stadion dolsun. Ancaq elə azarkeşlər var ki, köhnə nəticələrimizə baxıb, gəlməyəcəklər. Əsl azarkeşlər yanımızda olmalıdır. Mən özüm azarkeş olsaydım, stadiona gələrdim".

Xatırladaq ki, qrupda yeganə qələbəsini məhz "Düdelanj" üzərində səfərdə 4:1 hesabıyla qazanan "Qarabağ"ın pley-offa çıxa bilməyəcəyi ötən turda rəsmiləşdi (sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31