8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Ölkə futbolu

“Neftçi” 550-ci qolunu vurdu

Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” – “Neftçi” oyununda vurulan son qol qonaqlar üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi ölkə çempionatları tarixində 550-ci səfər qoluna imza atıb. Bu yubiley topunun müəllifi Stiven Monroz olub. Onun 90+2-ci dəqiqədəki qolu komandasına 2:0 hesablı qələbə qazandırıb.

“Neftçi” 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub. Bakılılar yarışın tarixində rəqib meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatındakı ilk səfər qolunu 1992-ci il mayın 15-də Yunis Hüseynov vurub. O, “Avtomobilçi” ilə Yevlaxdakı matçın 21-ci dəqiqəsində fərqlənib. Həmin matçda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər (plf.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31