19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ”nin "Sumqayıt"la 31-ci dueli

Sabah Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısı başa çatacaq.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” 2019-cu ildəki son  çempionat oyununda “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın səfər matçı bu rəqiblə 31-ci görüş olacaq.

İndiyədək komandalar 30 dəfə münasibətlərini aydınlaşdırıb. Bu oyunlarda “Qəbələ” böyük üstünlüyə malikdir. 18 qələbə qazanan komandamız 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən “qırmızı-qaralar” 23 qol buraxıb. “Sumqayıt”la matçların ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

“Qəbələ” Sumqayıt”ın eyniadlı təmsilçisi ilə 29 dəfə çempionat, 1 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 18 qələbəsi olan “qırmızı-qaralar” 8 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 47 top keçirən komanda 23 qol buraxıb.

“Qırmızı-qaralar” 15-ci dəfə “Sumqayıt”ın qonağı olacaq. Səfərdəki 14 matçda “Qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib. Yalnız 3 dəfə uduzan “Qəbələ” top fərqində də üstündür. 21 qol vuran futbolçular 14 top buraxıblar.

Xatırladaq ki, sabah “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 15:00-da başlayacaq (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31