1 Iyul 2025, Çərşənbə axşamı
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı
Millimiz darmadağın oldu
"Neftçi"dən daha bir transfer

Ölkə futbolu

“Zirə”nin “Səbail”lə 10-cu dueli

Bu həftə Premyer Liqada mövsümün ilk yarısına yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, “Zirə” 2019-cu ilin sonuncu - 14-cü turunda “Səbail”lə qarşılaşacaq. “Qartallar”ın ev oyunu rəqiblər arasında yubiley - 10-cu çempionat qarşılaşması olacaq.

İlk dəfə 2017/18 mövsümündə görüşən komandalar indiyədək 9 dəfə üz-üzə gəlib. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədir. 4 qələbəsi olan “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu məğlubiyyətlərdən biri texniki nəticə olub. 13 qolun vurulduğu matçlarda top fərqi də “Zirə”nin xeyrinədir - 8:5. “Səbail”lə qarşılaşmalarda 7 “Zirə”li qol sevinci yaşayıb. Xulio Sezar Rodriqez rəqib qapısına 2 dəfə yol tapıb.

5-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək “Zirə” əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ev oyunundan yalnız bir dəfə xalsız ayrılan “qartallar”, 4 qol vurduğu matçlarda eyni sayda top buraxıb.

Dekabrın 8-də keçiriləcək “Zirə” - “Səbail” matçı saat 15:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31