6 Noyabr 2025, Cümə axşamı
Kadi uzun müddətə sıradan çıxdı
“Zəfər turu”nun təyinatları
UEFA reytinqi: Azırbaycanın xalı artdı
Qələbəyə bərabər heç-heçə

Ölkə futbolu

Şenol Güneş: "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik"

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın rəsmi "Feysbuk" səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.

Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb: "Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Avro-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30