20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Keşlə”dən 50-ci qələbə

Azərbaycan kubokunun 1/8 final mərhələsi “Keşlə” üçün əlamətdar hadisə ilə yadda qalıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, müxtəlif illərdə “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən Bakı klubu yarışın tarixində 50-ci qələbəsini qazanıb.

Paytaxt təmsilçisinin yubileyi 1/8 finalın “Kəpəz”lə görüşünə təsadüf edib. Bu qələbələrdən 29-u evdə, 20-si səfərdə, 1-i neytral meydanda qazanılıb.

3:1 hesabı ilə qalib gələn “Keşlə” kubokda 50 və daha çox qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Yalnız üç komanda - “Neftçi”, “Qarabağ” və “Kəpəz”in qalib gəldiyi matçların sayı daha çoxdur.

“Kəpəz”in qapısına vurulan 3-cü top “Keşlə”nin öz meydanında vurduğu 90-cı qol olub. Yubiley topuna Xəzər Mahmudov imza atıb. Bakılılar həm də evdə 40-cı qolu buraxıb. Qonaqların heyətində Nodar Məmmədov fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30