28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Türkiyə millisinin 2 oyunu Bakıda

Bu gün  Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu - həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması - Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb.

Ev sahibi olaraq Bakı və Roma UEFA tərəfindən cüt şəhərlər olaraq müəyyənləşdirildiyi üçün A qrupunda İtaliya milli komandası bütün ev oyunlarını “Olimpiko” stadionunda keçirəcək. Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə - Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar UEFA İcraiyyə Komitəsinin 2012-ci ildə qəbul etdiyi qərara əsasən, turnir 2020-ci ildə qitənin 12 şəhərində gerçəkləşəcək. Çempionatın açılış oyunu iyunun 12-də İtaliyanın paytaxtı Roma şəhərində olacaq və Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da başlayacaq. Yarımfinal oyunları və final qarşılaşması Londonun "Uembli" stadionunda keçiriləcək.

Püşkatma mərasimində çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31