25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rodriqes Bonilyanın nəticəsini təkrarladı

“Zirə”nin futbolçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, XII turun “Keşlə” ilə qarşılaşmasında baş verib. Hücumçu klubun tarixində Premyer Liqada ən çox dubl edən futbolçu adına şərik çıxıb.

Rodriqes ilk iki dubluna ötən mövsüm səfər görüşlərində imza atıb. Onun iki qol vurduğu ilk komanda da “Keşlə” olub və komanda da 3:1 hesabı ilə qalib gəlib. Bu matçdan 6 gün sonra - mayın 11-də “Sabah”la rəqib meydanındakı qarşılaşmada da iki top vuran forvard 3:0 hesablı qələbədə rol oynayıb.

Cari mövsümdə və ev oyunlarında ilk dublunu gerçəkləşdirən Xulio ümumilikdə 3-cü dəfə buna nail olmaqla salvadorlu hücumçu Nelson Bonilyanın rekordunu təkrarlayıb. Paraqvaylının dublları eyni ilə, lakin fərqli mövsümlərə təsadüf edibsə, sabiq oyunçu eyni mövsüm, amma fərqli illərdə bunu gerçəkləşdirib. O, 2015/16 mövsümündə “Kəpəz” və “Rəvan”a ev, “Qəbələ”yə səfərdə 2 qol vurub. İlk görüş 2015, digərləri 2016-cı ildə olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30