Ölkə futbolu
Ramil Şeydayev: “Elə futbolçular millidən dərhal uzaqlaşdırılmalıdırlar”
Milli komandamızın hücumçusu Ramil Şeydayev Futbolxeber.az saytının Bratislavaya ezam olunmuş əməkdaşına müsahibə verib.
“SLOVAKİYAYA QƏLƏBƏ ÜÇÜN GƏLMİŞİK”
- Avro-2020-nin seçmə mərhələsində 7 oyundan sonra milli komandamızın aktivində cəmi 1 xal var. Yəqin razılaşarsan ki, seçmə mərhələ yığmamız üçün uğursuz alındı.
- Razıyam ki, bu tsikl bizim üçün uğursuz alındı. Növbəti seçmə mərhələdə vəziyyəti dəyişməli, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bütün komanda ilə birgə çalışmalıyıq ki, gələcəkdə daha yaxşı nəticələr qazana bilək.
- Slovakiya ilə oyunda nəyə ümid etmək olar?
- Qələbəyə. Səfər yalnız qələbə üçün yollanırıq.
- Bu, nə dərəcədə realdı?
- Komandada hər kəs bütün gücünü meydanda qoyacaq. Əlimizdən gələni edəcəyik ki, səfərdə 3 xal qazana bilək.
- Yəni səfərdə Slovakiyaya qalib gələ biləcəyimizə inanırsan?
- Təbii ki. Necə alınacağını isə birlikdə görəcəyik.
“BƏXT BİR QƏDƏR TƏRƏFİMİZDƏ OLSAYDI, 1 YOX, DAHA ÇOX XAL QAZANA BİLƏRDİK”
- Şər deməsən, xeyir gəlməz. Slovakiyaya uduzsaq, seçmə mərhələni cəmi 1 xalla başa vuracağıq. Komanda buna layiqdi?
- Bəzi oyunlarda daha yaxşı çıxış edə bilərdik. Elə qarşılaşmalar da oldu ki, həqiqətən də bəxtimiz gətirmədi. Bəxt bir qədər tərəfimizdə olsaydı, 1 yox, daha çox xal qazana bilərdik.
- Uğur qazanmaq üçün millimizdə nə çatışmır? Problem nədədir?
- Mən komandadakı çatışmazlıqlar barədə danışa bilmərəm. Yaxşı çıxmaz. Bu sualı futbolçu yox, baş məşqçi cavablandırmalıdı.
- Hər halda, sən də bu komandanın bir üzvüsən.
- Üzvüyəm, bəli. Amma dediyim kimi, bu haqda danışmağım düzgün çıxmaz.
“KOMANDADA KİM ÜRƏKDƏN OYNAMIR Kİ?”
- Razısan ki, bu gün Azərbaycan millisinin uğur qazanması üçün 1 yox, 11 Şeydayevə ehtiyacı var.
- Nə mənada?
- O mənada ki, hamı sənin kimi ürəkdən oynasa, meydanda can qoysa, vuruşsa, nəticələrimiz daha yaxşı olar.
- Komandada kim ürəkdən oynamır ki?
- Hər halda, ən azından Macarıstan və Slovakiya ilə ev oyunlarında hamı ürəkdən oynasaydı, 1:3 və 1:5 uduzmazdıq.
- Əgər millidə ürəkdən oynamayan varsa, elələri dərhal komandadan uzaqlaşdırılmalıdırlar. Dediyiniz 2 oyunda da komandada hamı vuruşurdu. Razıyam ki, səhvlərimiz olmuşdu və Slovakiya kimi komanda səhvləri bağışlamır.
- Son oyundan sonra baş məşqçi Nikola Yurçeviç bildirdi ki, millimizdəki fəaliyyətini davam etdirmək istəyir və düşünür ki, bu heyətlə gələcəkdə uğur qazanmaq mümkündü.
- Komandamızın heyətində yaxşı futbolçular var və məncə də gələcəkdə nəticələrimizi daha da yaxşılaşdıra bilərik.
“DİNAMO” BARƏDƏ DANIŞMAQ İSTƏMİRƏM”
- Baş məşqçi dəyişikliyindən sonra “Dinamo”da vəziyyət necədir? Son görüşdə az da olsa, oynamaq imkanı qazandın.
- “Dinamo” barədə danışamq istəmirəm.
- Qış fasiləsinə az qaldığı üçün danışmaq istəmirsən? Ya düşünürsən ki, deyəcəklərin klubdakı işlərinə mənfi təsir edə bilər?
- Xeyr. Sadəcə hazırda millinin düşərgəsindəyəm və yığma barədə danışmaq daha düzgündü.
“AZƏRBAYCAN MİLLİSİNİ SEÇDİYİM ÜÇÜN PEŞMAN DEYİLƏM”
- Ramil, bir neçə il öncə səndən Sankt-Peterburda olarkən müsahibə almışdım. O zaman sən Rusiyanın U-21 millisinin və “Zenit”in üzvü idi. Geridə qalan 3-4 ildə karyeranda xeyli dəyişiklik oldu. Bəlkə də Rusiyada qalsaydın, hər şey fərqli olardı. Azərbaycan yığmasını seçdiyin üçün peşman deyilsən?
- Qətiyyən peşman deyiləm. Əvvəllər də bu barədə demişəm. Azərbaycan yığmasını seçməklə düzgün qərar verdiymi düşünürəm və narazı deyiləm.
- “Dinamo”da start heyətinə düşməməyində Rusiya deyil, Azərbaycan pasportuna malik olman hər hansı rol oynamır?
- Yox. “Dinamo”da bir neçə oyunda start heyətində yer almışdım. Həmin vaxt qolları sıralasaydım, heç kim deməyəcəkdi ki, Şeydayev Azərbaycan millisində oynayır. Rusiyada xeyli legioner çıxış edir. Əsas olan yaxşı oynamaqdı, hansı ölkənin vətəndaşı olmağın önəmli deyil.
“AYAZA AZƏRBAYCAN YIĞMASI BARƏDƏ DANIŞIRAM”
- Bu yaxınlarda Ayaz Quliyevlə görüşmüsən. Gələcəkdə onu da Azərbaycan yığmasında görə biləcəyik?
- Bu barədə Ayaz özü qərar verəcək. Mən ona Azərbaycan yığması barədə danışıram. Amma deyə bilmərəm ki, gəl, burada oyna. Çünki hər kəsin öz ağlı, düşüncəsi var.
- Millidəki vəziyyət, şəraitlə maraqlanırmı heç olmasa?
- Bəli, bu barədə söhbətlərimiz olur. Yığmanın vəziyyəti ilə maraqlanır, soruşur. O, da azərbaycanlıdı, mənim kimi. Azərbaycan onun da vətənidi.
- Bəs səncə, niyə seçim etməkdə gecikir? Bəlkə Aleksandr Səmədov kimi Rusiya yığmasına düşəcəyinə, gələcəkdə dünya və Avropa çempiontında çıxış edəcəyinə görə hələ də ümidini itirmir, ona görə də qərar verməkdə tələsmir...
- Konkret qərar verməməsinin səbəbini bilmirəm. Hər halda o da düşünür bu barədə.
Söhbətləşdi: İBRAHİM, Bratislava
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- Berdıyevdən mini master-klass
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
- “Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
- Futzal millimiz Gürcüstanla qarşılaşacaq
- "Turan Tovuz" üçüncü pilləyə yüksəldi, Sumqayıtda qalib aşkarlanmadı
- Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
- “Neftçi” Banişevskinin məzarı önündə
- "Araz-Naxçıvan”dan qələbə
- "Turan Tovuz"dan vacib qələbə
-
11:36
Futzal millimizin toplanışına 18 oyunçu dəvət alıb
-
11:19
PSJ-dən 4 qollu qələbə VİDEO
-
11:00
Zamiq Əliyevin komandasından heç-heçə
-
10:43
"Çelsi" "Everton"la bacarmadı VİDEO
-
10:25
Cəlalın komandası səfərdə coşdu
-
10:12
"Bavariya"dan darmadağın VİDEO
-
09:54
Qərəz, yoxsa antipatiya? - YAZI
-
09:37
"Milan" 3 xalı 3 qolla qazandı VİDEO
-
23:36
Axundzadə MLS-də debüt etdi
-
19:23
"Turan Tovuz"dan növbəti qələbə VİDEO
-
18:59
Kurban Berdiyev: “İddialı danışmaq üçün hələ çox tezdir”
-
18:41
Sxadadze: “Məsuliyyətdən qorxmuram”
-
18:17
Mahir keçmiş komandasına qarşı oynadı
-
18:00
“Turan Tovuz”dan vacib qələbə
-
17:22
Hidayət bürünc medal qazandı
-
13:35
Ruan Renato: “Şans verilsə, Azərbaycan millisində oynamağa hazıram”
-
12:48
"Milan"da ciddi itki
-
11:54
“Qarabağ” iki legioneri milliyə dəvət aldı
-
11:23
"Mançester Yunayted" qələbəni əldən verdi VİDEO
-
11:01
Cenk Sümer: “Qara qış keçirdik, önümüzdə artıq bahardır”
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
Dadaşovun komandası lideri məğlub etdi
-
09:37
"Napoli" 3 xalı tək qolla qazandı VİDEO
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
22.03.2026
21.03.2026
20.03.2026
19.03.2026























