Ölkə futbolu
Bəhlul Mustafazadə: “Penalti olsaydı, hesabı 1:2 etmək olardı”
Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə Avro-2020-nin seçmə məhələsinin 9-cu turunda evdə Uels yığmasına 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cabablandırıb.
- Görüş gözlədiyimiz kimi çətin başladı. Rəqib qrupdan çıxmaq üçün mübarizə aparırdı. Matçın əvvəllərində qol buraxdıq. Təəssüflər olsun ki, toparlana bilmədik və qapımızda 2-ci topu da gördük. Bundan əlavə, bir şeyə də təəssüf edirəm ki, sonuncu ev oyunumuzda azarkeşlərimizi sevindirə bilmədik. Ümid edirəm ki, gələcəkdə bunu bacararıq.
- İkinci hissədə oyununuz tamamilə alınmadı. Çatdırmırdınız, yoxsa rəqib sizə qarşı pressinq tətbiq edirdi?
- Rəqibin keyfiyyəti hamıya bəllidir. Bundan əlavə 2 qol buraxandan sonra bəlkə də özümüzdə inam hiss etmədik.
- Son vaxtlar milli komandada da yüksək səviyyədə oyun nümayiş etdirirsiniz. Xaricə getməyi, gələcək hər hansı bir təklifi dəyərləndirməyi düşünürsünüzmü?
- Əlbəttə. Bunu istəyirəm.
- Bu yaxınlarda adınız "Sanderlend"lə yaşanı hallanırdı...
- Konkret klub deyə bilmərəm. Çünki mənim də xəbərim yoxdur, rəsmi deməyiblər. Bundan başqa, ölkə xaricindəki oyunçuların da, bizim futbolçularımızın da keyfiyyətini özünüz görürsünüz. Buna görə də inkişaf etmək üçün ölkədən çıxmaq lazımdır. Belə bir şans olsa, mütləq dəyərləndirəcəyəm.
- Bu gün bir daha təsdiqləndi ki, Azərbaycan yığması ev oyunları ilə müqayisədə səfərdə daha yaxşı çıxış edir. Bu, nə ilə bağlıdır?
- Açığı, səbəbini tam dəqiq deyə bilməyəcəyəm. Ola bilər ki, evdə qalib gəlib, nəticə qazanmaq istəyirik. Səfərdə isə daha rahat oluruq. Bu haqda başqa bir fikrim yoxdur.
- Qara Qarayev penatli epizodunu qabartdı ki, bizi motivasiyadan saldı, penalti qeydə alınsaydı, bəlkə də başa cür olardı. Bu barədə siz nə fikirləşirsiniz?
- Penalti olsaydı, hesabı 1:2 etmək olardı. Sonra isə öz şanslarımızı gözləyə bilərdik. Qaranın sözlərinə qismən qatılıram. Çünki qol vursaydıq, geri dönüş üçün inam yaranardı.
- Rəqib azarkeşlərin çox olması sizi təəccübləndirmədi? Yəni təəssüflənmədiniz ki, bizim tərəfdarlardan daha çılğındırlar?
- Bu, faktdır, onların genetikasında var. Bizdən fərqli olaraq, onlarda azarkeş mentaliteti var. Düşünürəm ki, bu, normaldır. Çünki onların çempionatı fərqlidir. Bizdə futbola o qədər də maraq yoxdur. Amma onlarda əksinədir. Bunun nəticəsində də o qədər azarkeş onları dəstəklədi.
- Xaricə getməklə konkret olaraq nəsə demədiniz. Sizə təklif gəlib?
- Heç bir təklif olmayıb.
- Son görüş səfərdə Slovakiyaya qarşıdır. Sizcə, qrupda 1 xalla qalacağıq, yoxsa, səfərdən 1 xalla qayıtmağa ümid var?
- Bunun üçün çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, 1 xalla kifayətlənməyək. Çünki özümüz də bundan narazıyıq. Bunun da fərqinə varmaq lazımdır ki, qrupumuzdakı bütün komandalar bizdən güclüdür. Yenə də son oyunda vuruşacağıq.
- Slovakiya millisi kifayət qədər güclü komandadır. Üstəlik, bu gün məğlub oldunuz və səfərə gedəcəksiniz. Bunlar hamısı yorğunluq yaradır. Hazırlıq yəqin ki, çətin olar.
- Əlbəttə. Slovakiya ilə görüşün bu matçdan da çətin olacağını düşünürəm. Məncə, Slovakiya yığması keyfiyyət baxımından qrupda Xorvatiya millisindən sonra 2-ci komandadır. Çətin olacağını bilirik. Amma yenə də mübarizə aparıb, xal qazanmağa çalışacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
09.10.2026
08.10.2026
07.10.2026
























