2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Ölkə futbolu

"Gilan" 2020-ci ildən "Qəbələ"yə sponsorluq etməyəcək?

Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır.

Futbolxeber.az saytının football24.az-a istinadən verdiyi məlumata görə, klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq. .

Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.

Niyə "Gilan Holding" sponsorluluğu məhz yanvardan dayandıracaq? Məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyyənləşdirilsə də, "Gilan Holding" kimi kommersiya təşkilatlarında illik tərtib olunur. Yəni yanvarın əvvəlindən dekabrın sonunadək. Buna görə də "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçə bilər.

Bu xəbər o səbəbdən daha çox üzücüdür ki, klubun Futbol Akademiyası yetərincə uğurlu fəaliyyət göstərir. "Qəbələ"nin çox yetirməsi aparıcı klublarımzıın şərəfini qoruyurlar, həmçinin ölkənin bütün yaş qruplarında təmsil olunurlar.

Xatırladaq ki, əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31