16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

Beyl: “Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar”

“Remsinin yenidən heyətdə olması çox gözəldir. Bu, sevindirici haldır. O, “Yuventus” kimi böyük klubda çıxış edir. Belə davam etsə, orda möhkəmlənəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Uels millisinin üzvü Qaret Beyl Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Bir müddətdir zədədən əziyyət çəkən “Real”ın hücumçusu hazırda tam sağaldığını bildirib: “Özümü əla hiss edirəm. Ümid edirəm ki, bu cür də davam edərəm. Milli komandada oynamaq həmişə şərəfdir”.

Beyl yığmamızla bağlı fikirlərini də bölüşüb: “Azərbaycan yığmasının oyunlarını izlədikdə inkişaf görmək olar. Beş il əvvəlki ilə indiki Azərbaycan arasında fərq görürəm. Bu komanda daim inkişafdadır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31