19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ramin Musayev: "Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz?"

"Arzu edirəm ki, qalib layiqli komanda olsun və avrokubokda yaxşı çıxış etsin".

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatma mərasimində deyib.

Qurumun rəhbəri yarışa cəmi 12 komandanın qatılmasına belə münasibət bildirib: "Azərbaycan Kubokunda 12 komandanın olması nə məndən, nə də jurnalistlərdən asılıdır. Heç bir klubu yarışa qatılmağa məcbur etmək olmaz. Klub gəlmək istəmirsə, məndən nə istəyirsiniz? Klublarımızın hamısına uğurlar arzulayıram".

R.Musayev Azərbaycan Kubokuna Region Liqasında çıxış edən klubların heç birinin qatılmaq üçün müraciət etmədiyini vurğulayıb: "Həvəskar komandaların yarışa qatılmaları əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır olmuşuq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30