14 Noyabr 2019, Cümə axşamı
Millimiz Lixtenşteynə qalib gəldi
“Neftçi”də qvineyalı yarımmüdafiəçi
UEFA-dan "Qarabağ"a 781 min avro
“Azərbaycanla oyun çətin olacaq”

Ölkə futbolu

Yurçeviç millimizin heyətini açıqladı

Milli komandamızın heyəti açıqlanıb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç 24 futbolçuya dəvət göndərib. "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli ilk dəfə yığmaya dəvət alıb.

Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Mehdi Cənnətov ("Sumqayıt")

Müdafiəçilər: Abbas Hüseynov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı "Qarabağ"), Şəhriyar Əliyev ("Sumqayıt"), Anton Krivotsyuk ("Neftçi"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Şəhriyar  Rəhimov ("Səbail"), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi "Sabah")

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev (hamısı "Qarabağ"), Emin Mahmudov ("Neftçi"), Dmitri Nazarov (“Aue” , Almaniya), Cavid Hüseynov ("Zirə"), Eddi İsrafilov ("Albasete", İspaniya)

Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Ramil Şeydayev ("Dinamo", Moskva, Rusiya), Rüfət Dadaşov ("Proyssen Münster", Almaniya), Renat Dadaşov ("Pakuş de Fereyra", Portuqaliya), Vüsal İsgəndərli ("Keşlə").

Qeyd edək ki, yığmamız Avro-2020-nin seçmə mərhələsində noyabrın 16-da Uelsi qəbul edəcək, 19-da isə Slovakiyanın qonağı olacaq. Komandamız  bu oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30