23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qadzeni rekorddan 3 qol ayırır

Riçard Qadze “Zirə”yə qayıtdıqdan sonra ilk qolunu vurub.

Futbolxeber.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən verdiyi məlumata görə, o, bununla da klubun Premyer Liqadakı bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub.

Qanalı futbolçu bunu 11-ci qoluna imza atmaqla reallaşdırıb. Premyer Liqanın X turunun “Sumqayıt”la görüşündə (2:2) fərqlənən hücumçu bu qolla da hesabında 10 top olan Xulio Sezar Rodrigesi arxada qoyub. Riçard “Qartallar”ın çempionatdakı bombardirləri arasında yalnız Nelson Bonilladan geri qalır. Qanalını rekordçudan cəmi 3 top ayırır.

Qadze “Zirə”dəki son qolunu 2018-ci il mayın 12-də vurmuşdu. Həmin gün “Kəpəz”lə ev matçının (2:1) 42-ci dəqiqəsində fərqlənən aftikalı 540 gündən sonra “Qartallar”la qol sevinci yaşayıb.

“Sumqayıt”la qarşılaşmada vurulan digər topun müəllifi Mfo Kqasvane də mövsümdə ilk dəfə fərqlənib. 3-cü dəqiqədə hesabı açan legioner bununla da yubiley qeyd edib. O, Premyer Liqada 5-ci dəfə rəqib qapısına yol tapıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Sadio Tounkara və Luis Alberto Diezə çatan botsvanalı bombardirlər siyahısında 8-13-cü yerlərə şərikdir. Lakin Mfo digərləri ilə müqayisədə daha az - cəmi 17 oyunda qol sayını 5-ə çatdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30