Ölkə futbolu
Bordin: “Deyərdim ki, 2 xal itirdik"
"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 10-cu turunda "Qarabağ"la oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Gözəl oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boksla müqayisə etsək, bizdə bir neçə xal daha çox oldu. Çoxlu qol epizodları yaratdıq. Hətta qol da vurduq, ancaq sayılmadı. Futbolçuları bu oyuna görə təbrik edirəm.
- 4 qələbədən sonra heç-heçə etdiniz. Çoxlu epizodlar oldu, ancaq fərqlənə bilmədiniz. Bu, problemdir, yoxsa müsbət hal kimi dəyərləndirmək də olar?
- Problem o olardı ki, qol epizodları yaratmayaq. Böyük komandaya qarşı bu qədər şans əldə etmək müsbətdir. Hətta qol da vurduq, ancaq sayılmadı. Həmin epizoda baxmaq istədim. Eyni zamanda, Turalın yerdə qaldığı epizpodu izləmək istədim. Ancaq hələ mümkün olmayıb. Baxdıqdan sonra fikirlərimi bildirərəm.
- Boks hesabı ilə bir neçə xal öndə olduğunuzu dediniz, ancaq futbol dili ilə 8 xallıq fərq davam edir...
- Mən boks məsələsini zarafatyana dedim. Fikrim komandanın sona qədər yaxşı oyun göstərməsi ilə bağlı idi. 8 xal fərqi böyükdür. Ancaq qarşıda oyunlar var. Növbəti matçlarda maksimum xal toplayıb fərqi azaltmağa çalışacağıq.
- Rəhbərlik komandanın oyunundan və nəticədən razı qaldımı?
- Son 4 matçda qələbə qazanmışıq. Bu gün də heç-heçə etdik. Eyni zamanda, komanda gözəl futbol göstərdi. Hesab edirəm ki, rəhbərlik də razıdır. Hər oyuna belə yanaşmalıyıq.
- Son qələbənizlə bağlı demişdiniz ki, artıq yaralarımızı sağaldıb ayağa qalxmışıq. Bundan sonrakıları necə dəyərləndirə bilərsiniz?
- Problem o halda olardı ki, biz uduzardıq. “Qarabağ” Avropa Liqasının qrupunda top-klublara qarşı mübarizə aparır, çox güclü rəqibdir. Bu matç göstərdi ki, komandamızda ciddi problem yoxdur, hər şey yolundadır. Qələbəyə köklənmişdik. Fərqi azaltmaq istəyirdik. Təəssüf ki, alınmadı.
- Oyunun sonlarında meydandan kənarda gərginlik var idi. Nə baş verirdi?
- Sadəcə, Almeydaya qarşı təhlükəli oyun qeydə alınmışdı. Ona başa salmaq istəyirdim ki, bir qədər əvvəl Mustivara qarşı da eyni şey olmuşdu. Xırda anlaşmazlıq oldu. Oyundan sonra danışıb, yoluna qoyduq.
- “Neftçi” bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?
- Oyundan razı qaldım. Futbolçular son saniyəyə kimi hücuma köklənmişdilər, qələbə qazanmaq istəyirdilər. Deyərdim ki, 2 xal itirdik. İki epizoda bir daha nəzər yetirəcəyəm. Əgər haqlı qərarlar deyilsə, biz indi qələbəmizdən danışırdıq. Sakit başla baxmaq lazımdır. Bu matç bitdi, gələcək barədə düşünmək lazımdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
20:06
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
16:29
PFL sponsorluqla bağlı 3-4 şirkətlə danışıqlar aparır
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı FOTOLENT
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
08:45
Azərbaycan kubokunun püşkü atılır
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
18.09.2026
17.09.2026
16.09.2026
























