27 Fevral 2026, Cümə
“Sumqayıt” Roy Kehatı itirdi
Ərdoğan Okan Buruka zəng etdi
XXII turun hakim təyinatları
Millimiz Moldovaya qalib gəldi

Ölkə futbolu

“Neftçi”nin əcnəbisi: "Azərbaycanlılar çox qonaqpərvərdirlər"

“Yunanıstan üçün darıxıram. Əlbəttə, xaricdə çıxış etməyin müsbət tərəfləri var. Ancaq özümüzünkülər üçün darıxıram. Hərçənd Bakı yüksəlişdə olan, bir neçə il sonra daha da inkişaf edəcək bir şəhərdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Evangelos Platellas deyib.

31 yaşlı yarımmüdafiəçi Bakıya uyğunlaşmağın onun üçün çətin olmadığını söyləyib: “Azərbaycanlılar çox qonaqpərvərdirlər və klubum bu məsələlərdə mənə kömək etdi. Hər zaman yanımda yardım edəcək bir nəfər olur. Bura gəlməyi ən yaxşı seçim sayıram. Çünki Yunanıstanda bəzi insanlar bizə hörmət etmirlər. Xoşbəxtəm. Maliyyə baxımdan problem yoxdur. Heç kim bununla bağlı çətinlik çəkmir. Klubun sponsorları var və hamı bilir ki, pulu batmayacaq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28