Ölkə futbolu
Ağ sizin, qara sizin, keçmiş sizin, gələcək sizin, “Neftçi” sizin!

Bayaq “Neftçi”nin feysbuk səhifəsində bir video yerləşdirilmişdi - “Ağ bizim, qara bizim, “Neftçi” bizim!” 1 dəqiqə 33 saniyəlik həmin videonun sonunda neçə vaxtı görmədiyimiz bir mənzərə yer almışdı. “Forza Neftçi” “ağ”, futbolçular “qara” qışqırırlar. Səhv eləmirəmsə, ötən mövsüm “Qarabağ”la Respublika stadionunda oynanılan görüşdən sonra idi həmin epizod.
Məlumdu ki, cari mövüm həmin mənzərənin üzünə həsrət qalmışıq. “Bney Yehuda” ilə oyundan sonra “Forza” ilə “Neftçi” arasında yaranan soyuqluq çempionatdakı uğursuz startdan sonra pik həddə çatdı. Son turlarda tribunaya qayıdan “Forza Neftçi” komandanı qələbəyə səsləməkdən daha çox klub rəhbərliyini isteaya səsləyir. Təbii ki, bu, azarkeş qrupunun azad seçimidir. Komanda yolunda canlarından belə keçməyə hazır olan “Neftçi”sevərlərə bu etiraza görə irad bildirmək yersiz olardı. Azarkeş nəticə, qələbə tələb etməkdə yerdən göyə qədər haqlıdır.

Digər tərəfdən “Neftçi”nin ideal futbol oynamadığı da görünür. Bu, “Speranta”nı topa tutan, “Arsenal”ı meydandan silən “Neftçi” deyil. “Bney Yehuda” ilə cavab görüşdən öncə nə baş verdisə, “Neftçi”nin oyunu 180 dərəcə dəyişdi.
Amma son 2 turda “Neftçi” qələbə qazanıb. Bu, cari mövsüm ölkə çempionatında ilk belə haldı. Təbii ki, baş məşqçi Roberto Bordinin də dediyi kimi, “2 qələbə hələ “Neftçi”nin uğursuzluq zolağından çıxması demək deyil”. Heç 2 qələbəyə görə azarkeşlərin narazılıqlarını aradan qaldırmalı olduqlarını da iddia etmirik. Demək istədiyimiz məqam başqadır.
Bazar günü “Neftçi” öz meydanında “Zirə”ni qəbul edəcək. Bu komanda ilə görüşlər son vaxtlar “Neftçi” üçün çox gərgin keçir. Hələ Ayxan Abbasov komandaya rəhbərlik edərkən “Zirə” “ağ-qaralar”dan xal almaq üçün dəridən-qabıqdan çıxırdı. Daha sonra Samir Abasov komandaya baş məşqçi təyin olundu ki, onun gəlişi “Zirə” - “Neftçi” qarşıdurmasına daha da rəng qatdı. İllərdi birgə çalışdığı Kamran Quliyev-Ceyhun Sultanov tandeminə bu dəfə rəqib olan Abasov güclü rəqiblə oyuna daha çox diqqət ayırırdı. Hər nə qədər özü bunu etiraf etməsə də...

İndi “Zirə”də nə Ayxan Abbasov var, nə də Samir Abasov. Amma bazar günkü “Neftçi” - “Zirə” oyununun maraqlı keçəcəyi öncədən məlumdu.
Çünki cari mövsüm avrokubokları hədəfləyən “Zirə” yeni baş məşqçisi rəhbərliyi altında rəsmi debüt oyununa çıxacaq. O ki qaldı “Neftçi”yə, daha əvvəl də qeyd etdiyimiz kimi, son 2 turu qələbə ilə başa vurmağa müvəffəq olan “ağ-qaralar” uğurlu seriyanı 3-ə çatdırmağı hədəfləyir. Üstəlik, 1 gün öncə meydana çıxacaq “Qarabağ”ın “Qəbələ”, “Keşlə”nin isə “Sabah”la görüşdə xal itirmək perspektivi var.
“Zirə” ilə görüşdə “Neftçi” ardıcıl üçüncü qələbəsini qazansa, həm turnir cədvəlində vəziyyətini daha da yaxşılaşdıra bilər, həm də böhrandan çıxmağa doğru getdiyini daha aydın şəkildə göstərə bilər. Çünki ardıcıl 3 qələbə artıq təsadüf sayıla bilməz, deməli, müsbətə doğru dəyişiklik var.

Bir sözlə, “Neftçi” üçün görüşün əhəmiyyəti çox böyükdür. Könül istərdi ki, bu çətin, vacib sınaqda “Forza Neftçi” komandanı tək qoymasın. 90 dəqiqə komandanı dəstəkləyə-dəstəkləyə də istefaya səsləmək olar, inanın. Rəhbərlikdən narazılıq etmək də azarkeşin haqqıdı. Amma bu etiraz komandaya verilən dəstəyə mane olmasa, daha yaxşı olar. Kaş ki bazar günü “Bakcell Arena”da yenə də o möhtəşəm mənzərəni, həmin 1 dəqiqəlik 33 saniyəlik videonun sonundakı kimi “Forza”nın “qara”, futbolçuların “ağ” qışqırmasına şahid olaq.
Digər azarkeş qrupları inciməsin, amma mənim üçün “Forza Neftçi” ölkənin 1 nömrəsidi. 1 nömrəli azarkeş qrupunun o möhtəşəm dəstəyini bazar günü “Bakcell Arena”da görəcəyimizə inanıram, ümid edirəm. Necə deyərlər, ümid sonda ölür.
Bir şeyi də unutmayın ki, bu komanda nə Bordinin, nə Ceyhun Sultanovun, nə də Kamran Quliyevindi. Bu komanda sizindi. Onlar bu gün “Neftçi”dədilər, sabah başqa yerdə də ola bilərlər. Amma siz, “Neftçi” azarkeşləri hər zaman komandanın yanında olmusuz, olacaqsız da. Bazar günü komandanızın sizin dəstəyinə ehtiyacı var. Ağ sizin, qara sizin, keçmiş sizin, gələcək sizin, “Neftçi” sizin!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Zirə" "İmişli"ni məğlub etdi
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
-
23:23
Zirədə qalib aşkarlanmadı VİDEO
-
22:00
Qurban Qurbanov: “Hər iki komanda 1 xala layiq idi”
-
21:18
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə VİDEO
-
20:56
"Qarabağ" məğlubiyyətdən qaçdı
-
20:35
“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik
-
19:22
Kurban Berdiyev: “VAR-a gedəndə başqa qərar gözləyirdim”
-
18:54
Gimnastlarımız dünya çempionatında gümüş medal qazanıblar
-
15:01
"Atalanta"dan gözlənilməz məğlubiyyət VİDEO
-
14:47
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçirilir
-
13:33
"Borussiya" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:59
Messi qol vurdu, zirvəni ələ keçirdi
-
12:28
"Trabzonspor" yenə uduzdu VİDEO
-
12:00
“Sumqayıt”ın yeni transferi: “Azərbaycan Premyer Liqası çox çətin çempionatdır”
-
11:46
"Arsenal" istəyinə ikinci hissədə çatdı VİDEO
-
11:15
“Neftçi” Türkiyədə klubları ilə bacarmadı
-
10:52
"Latsio" - "Milan" matçında 4 qol VİDEO
-
10:34
Günün canlı yayımlanacaq matçları - TV
-
10:21
"Çelsi" "Hall Siti" ilə bacarmadı VİDEO
-
10:07
Ozan Canın komandasından heç-heçə
-
09:43
"Real"ın qələbəsi VİDEO
-
23:56
"Sumqayıt" - "Şamaxı" matçında qarşılıqlı qollar VİDEO
-
22:49
“Bir dəfə 0:5 hesabı ilə uduzmaq, beş dəfə 0:1 hesabı ilə məğlub olmaqdan daha yaxşıdır”
-
22:48
“Sumqayıt”ın baş məşqçisi: “Bir xalla kifayətlənməyə layiq deyildik”
-
22:25
Azər Bağırov: “Səfərdə oynamaq daha çətindir”
-
21:39
“Sumqayıt” qəkəbəni əldən verdi
-
21:10
Nuriyevin komandasından 9 qollu qələbə
-
20:54
"Kəpəz" "Qəbələ"ni məğlub etdi VİDEO
14.09.2026
13.09.2026
12.09.2026
























