19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Çiçarito: "Qarabağ"a vurduğum qola təəccüblənmədim"

"Mümkün qədər çox qol vurmaq, titullar qazanmağı hədəfləyirəm. İnsanlar 31 yaşın çox olduğunu düşünür. Ancaq niyə də bu yaşda ən yaxşı mövsümümü keçirməyim?"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sevilya"nın futbolçusu Xavyer Ernandes deyib.

İspaniyadakı çıxışını dəyərləndirən meksikalı hücumçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda cərimə zərbəsindən "Qarabağ"a vurduğu qolu da xatırlayb. O, bu cür qollar üçün xüsusi hazırlaşdığını bildirib: "Qarabağ"la görüşdə fərqləndiyim zaman təəccüb hissi keçirmədim. "Vest Hem"də son vaxtlar cərimə zərbələri üzərində çalışmağa başlamışdım. Qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”

Xatırladaq ki, Çiçarito ləqəbli forvard "Qarabağ"a Bakıda 3:0 qalib gəldikləri matçda hesabı açmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31